...

Azərbaycanın "Avroviziya 2011"-də qələbəsi bütün türk dünyası üçün gözəl bir bayramdır - deputat

Cəmiyyət Materials 15 May 2011 18:31 (UTC +04:00)
"Azərbaycanın "Avroviziya 2011"-də qələbəsi bütün türk dünyası üçün gözəl bir bayramdır." Bunu bazar günü Trend-ə milli Məclisin deputatı Qənirə Paşayeva deyib.
Azərbaycanın "Avroviziya 2011"-də qələbəsi bütün türk dünyası üçün gözəl bir bayramdır - deputat

Azərbyacan, Bakı, /Trend müxbir M.Əliyev/

"Azərbaycanın "Avroviziya 2011"-də qələbəsi bütün türk dünyası üçün gözəl bir bayramdır." Bunu bazar günü Trend-ə milli Məclisin deputatı Qənirə Paşayeva deyib.

"Bu qələbəni nəinki Azərbaycanda, həm də İran, Gürcüstan və bütün dünyada yaşayan azərbaycanlılar qeyd ediblər", Paşayeva deyib.

Onun fikrinə görə, bu qələbə Azərbaycan üçün mühüm hadisəyə çevrilib. "Biz Eldarı, Nigarı və onlarla işləyən bütün komandanı təbrik edirik. Onların simasında bu, Azərbaycanın müvəffəqiyyətidir", deyə, deputat bildirib.

Paşayeva qeyd edib ki, bu qələbə Azərbycanın dünyada artan imicinin nəticəsidir. "Bu ölkəmiz üçün böyük bir hadisədir ki, dünyada 800 million tamaşaçı Azərbaycanın uğurunu izləmişdir", deputat deyib.

Paşayeva, Azərbaycanın gələn il "Avroviziya" müsabiqəsinin ən yüksək səviyyədə keçirilməsində əmin olduğunu qeyd edib.

"Bu böyük qələbədir, ona görə ki, Azərbaycan cəmi dördüncü dəfədir ki, bu müsabiqədə iştirak edir. "Avroviziya"da illərlə iştirak edən, lakin qələbə qazana bilməyən ölkələr var. Bütün xalqımız sevinirdi, demək olar ki, səhərə gədər yatmamışdır. Bayrağımızın səhnədə dalğalanması hamımız üçün vacib hadisədir", Paşayeva deyib.

Deputat ümidvardır ki, bu cür qələbə marşı həm də Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılmasından sonra səslənəcək, və azərbaycanlılar bu cür qələbələri Dağlığ Qarabağda qeyd edəcəklər. "İnanıram ki, bu gün yaxındadır", deyə Paşayeva buyurub.

Eyni zaman, azərbaycanlı deputat qeyd etdi ki, "Avroviziya" sadəcə mahnı müsabiqəsi deyil, və burada siyasi baxış da var. "Ona görə də bu böyük bir hadisədir ki, biz qələbə qazana bildik. Bununla Avropa Azərbaycanın bu qələbəyə layiq olduöu ilə razılaşdı və bu obyektiv qələbədir", Paşayeva deyib.

Onun sözlərinə görə, Azərbaycanın dünyada mədəniyyət və musiqi sahəsində tanınması, ölkələrin apardığı siyasətin nəticəsidir.

Xəbər lenti

Xəbər lenti