...

Bakıda 20 qanunsuz tullantı sahəsi təmizlənib

Cəmiyyət Materials 18 May 2011 13:00 (UTC +04:00)
"Təmiz Şəhər" ASC-dən Trend-ə verilən məlumata görə, 50 min kub metrdən artıq məişət tullantısı Balaxanı poliqonuna daşınıb. Həmin tullantılar "Təmiz Şəhər" ASC-yə təhvil verilib.
Bakıda 20 qanunsuz tullantı sahəsi təmizlənib

Azərbaycan, Bakı, 18 may /Trend/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yaradılmış işçi qrup paytaxtın müxtəlif rayonlarında keçirdiyi reydlər nəticəsində 20 qanunsuz tullantı sahəsini təmizləyib.

"Təmiz Şəhər" ASC-dən Trend-ə verilən məlumata görə, 50 min kub metrdən artıq məişət tullantısı Balaxanı poliqonuna daşınıb. Həmin tullantılar "Təmiz Şəhər" ASC-yə təhvil verilib.

İşçi qrup son bir ayda paytaxtın Qaradağ, Xətai, Səbail və Yasamal rayonlarında keçirilən reydlərin nəticəsində xeyli sayda qeyri-qanuni tullantı sahələri aşkarlayıb. Onların ləğvi barədə aiddiyyəti qurumlara xəbərdarlıq edilib və icrası məcburi göstərişlər verilib.

Eyni zamanda, işçi qrup tərəfindən Bakının Nizami rayonunda keçirilmiş reydlər zamanı yalnız bir qeyri-qanuni tullantı sahəsi aşkarlanıb və bu ərazi tez bir zamanda təmizlənib.

Reydlərin əsas məqsədi Bakı şəhərində ekoloji tarazlığın bərpası və yaşayış massivlərinə yaxın ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaqdır.

Azərbaycan Prezidentinin 2008-ci il 6 avqust tarixli "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" sərəncamına əsasən, əmələgəlmə mənbəyindən asılı olmayaraq, Bakı şəhəri ərazisində yaranan bütün bərk məişət tullantıları "Təmiz Şəhər" ASC-yə təhvil verilməlidir.

Xəbər lenti

Xəbər lenti