...

Azərbaycan Prezidenti "Eurovision-2012" mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında Sərəncam imzalayıb

Cəmiyyət Materials 19 May 2011 17:05 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Eurovision-2012" mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında Sərəncam verib
Azərbaycan Prezidenti "Eurovision-2012" mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında Sərəncam imzalayıb

Azərbaycan, Bakı, 20 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Eurovision-2012" mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında Sərəncam verib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Avropa Yayım İttifaqı tərəfindən təşkil olunan ən yaxşı mahnı üzrə builki televiziya müsabiqəsi Azərbaycan Respublikası təmsilçilərinin parlaq qələbəsi ilə başa çatmışdır.
Müsabiqənin qaydalarına əsasən, qalib ölkə növbəti ildə yarışmanı keçirmək hüququnu qazanır.

Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2012-ci ilin may ayında Bakı şəhərində "Eurovision-2012" mahnı müsabiqəsinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıb ki, 2012-ci ilin may ayında Bakı şəhərində "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Mehriban Əliyeva -YUNESKO-nun xoşməramlı səfiri,
Heydər Əliyev Fondunun prezidenti

Təşkilat Komitəsinin üzvləri

Elmar Məmmədyarov -Azərbaycan Respublikasının
xarici işlər naziri

Ramil Usubov -Azərbaycan Respublikasının daxili
işlər naziri
Şahin Mustafayev -Azərbaycan Respublikasının
iqtisadi inkişaf naziri
Əbülfəs Qarayev -Azərbaycan Respublikasının
mədəniyyət və turizm naziri
Əli Abbasov -Azərbaycan Respublikasının rabitə
və informasiya texnologiyaları naziri
Azad Rəhimov -Azərbaycan Respublikasının
gənclər və idman naziri
Hacıbala Abutalıbov -Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Cahangir Əsgərov -"Azərbaycan Hava Yolları" Qapalı
Səhmdar Cəmiyyətinin prezidenti
Etibar Pirverdiyev -"Azərenerji" Açıq Səhmdar
Cəmiyyətinin prezidenti
Baba Rzayev -"Bakıelektrikşəbəkə" Açıq Səhmdar
Cəmiyyətinin sədri
İsmayıl Ömərov -Azərbaycan Respublikasının İctimai
Televiziya və Radio Yayımları Şirkətinin
baş direktoru
Əli Əsədov -Azərbaycan Respublikası Prezidentinin
İqtisadi məsələlər üzrə köməkçisi
Fatma Abdullazadə -Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Humanitar
siyasət məsələləri şöbəsinin müdiri

Sərəncamda qeyd olunub ki, Təşkilat Komitəsi "Eurovision-2012" mahnı müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

Sərəncamda bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xəbər lenti

Xəbər lenti