...

Təhsil naziri Bakının bəzi orta məktəblərinin direktorlarına ciddi xəbərdarlıq edib

Cəmiyyət Materials 20 May 2011 14:29 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov paytaxtın bəzi orta məktəblərinin direktorlarına ciddi xəbərdarlıq edib.
Təhsil naziri Bakının bəzi orta məktəblərinin direktorlarına ciddi xəbərdarlıq edib

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Misir Mərdanov paytaxtın bəzi orta məktəblərinin direktorlarına ciddi xəbərdarlıq edib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Bakı orta məktəblərinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə təhsil naziri Misir Mərdanov deyib ki, bu ilin yanvar-may aylarında TN-in "qaynar xətt" xidmətinə Bakının 127 məktəbində neqativ hallarla bağlı 223 müraciət daxil olub.

Nazir adları qeyd olunan ümumtəhsil müəssisələrindəki mövcud vəziyyətlə bağlı iradlarını bildirib, məktəb direktorlarına ciddi xəbərdarlıq edib, nöqsanların qısa müddətdə aradan qaldırılması və müşavirədə söylənilənlərdən nəticə çıxarılması ilə bağlı konkret tapşırıqlar verib.

Mərdanov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə idarənin əməkdaşlarının paytaxtın ümumtəhsil müəssisələrində olmaları, baş verə biləcək neqativ halların vaxtında aradan qaldırılması, məktəblə valideyn arasında daha sıx əlaqənin təmin edilməsi, şagirdlərlə səmimi ünsiyyət qurulması və digər məsələlərlə bağlı tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti