...

Ermənistanda keçiriləcək tədbirlərlə bağlı Azərbaycana rəsmi dəvət gəlməyib - Təhsil Nazirliyi

Cəmiyyət Materials 24 May 2011 15:03 (UTC +04:00)
Ermənistanın təhsil və elm naziri Armen Aşotyanın Azərbaycanın təhsil naziri Misir Mərdanovu Yerevanda keçiriləcək beynəlxalq təhsil tədbirlərinə dəvət etməsi rəsmi şəkildə hələ Azərbaycanın Təhsil Nazirliyinə daxil olmayıb.
Ermənistanda keçiriləcək tədbirlərlə bağlı Azərbaycana rəsmi dəvət gəlməyib - Təhsil Nazirliyi

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir İ.İsabalayeva/

Ermənistanın təhsil və elm naziri Armen Aşotyanın Azərbaycanın təhsil naziri Misir Mərdanovu Yerevanda keçiriləcək beynəlxalq təhsil tədbirlərinə dəvət etməsi rəsmi şəkildə hələ Azərbaycanın Təhsil Nazirliyinə daxil olmayıb. Bunu çərşənbə axşamı Trend-ə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə deyib.

"Əgər dəvət gələrsə belə, bu, artıq təhsil məsələsi olmayacaq. Bu, ölkənin xarici siyasətidir. Ona görə də biz Xarici İşlər Nazirliyinə müraciət edəcəyik. Onların rəyi əsasında Ermənistanın Təhsil Nazirliyinə cavab verəcəyik", - Hüseynzadə deyib.

Ermənistanın təhsil və elm naziri Armen Aşotyan Azərbaycanın təhsil naziri Misir Mərdanovu bu ilin iyul və sentyabr aylarında Yerevanda keçiriləcək beynəlxalq təhsil tədbirlərinə dəvət edib. İyulun 1-dən etibarən Ermənistan Polşa ilə bərabər Bolonya prosesində həmsədrliyə başlayır. Həmsədrlik çərçivəsində 3-10 iyul tarixində Yerevanda beynəlxalq tələbə yay məktəbi təşkil olunacaq, 8-9 sentyabr tarixində isə ali təhsilin maliyyələşdirilməsi üzrə beynəlxalq konfrans keçiriləcək. Bu tədbirlərdə 45 Avropa ölkəsindən təhsil rəsmilərinin iştirakı gözlənilir.

Keçiriləcək tədbirlərdə iştirak etmək üçün Azərbaycanın təhsil naziri ilə yanaşı, Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Yusif Ozcan da dəvət edilib.

Xəbər lenti

Xəbər lenti