...

Penitensiar Xidmətin rəisi Eynulla Fətullayevin əfv olunmasına münasibətini bildirib

Cəmiyyət Materials 27 May 2011 11:46 (UTC +04:00)
Jurnalist Eynulla Fətullayev Prezidentə müraciətində səhv etdiyini bildirib. Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib.
Penitensiar Xidmətin rəisi Eynulla Fətullayevin əfv olunmasına münasibətini bildirib

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir K.Zərbalıyeva/

Jurnalist Eynulla Fətullayev Prezidentə müraciətində səhv etdiyini bildirib. Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib.

"Eynulla Fətullayev martda dövlət başçısına müraciət edərək əfv olunmasını istəyib. O, müraciətdə səhv etdiyini bildirib", - Quliyev qeyd edib.

PX rəisi Fətullayevi siyasi məhbus hesab etmədiyini vurğulayıb.

Dünən Azərbaycan Prezidentinin imzaladığı əfv sərəncamında əfv olunanlar arasında Eynulla Fətullayev də var.

Xəbər lenti

Xəbər lenti