...

Bakıda fars dili üzrə olimpiadanın qaliblərinə diplom və hədiyyələr təqdim olunub

Cəmiyyət Materials 27 May 2011 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir T.Cəfərov/

Bu gün İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzində "Novruz-2" fars dili üzrə olimpiadada qalib gəlmiş şəxslərə diplom və hədiyyər təqdim olunub.

Trend-in məlumatına görə, olimpiadada 150 nəfər iştirak edib və onlardan 20 nəfər qalib seçilib. Qaliblərə mükafat və diplom təqdim olunub. Həmçinin, mükatafçılar fars dili biliklərini artırmaq üçün İrana göndəriləcəklər.

Artıq ikinci ildir ki, Bakıda fars dili üzrə olimpiada keçirilir.

Olimpiadada iştirak edənlərin çoxu Bakı Dövlət, Xəzər, Avrasiya və İslam universitetlərinin tələbələri olub.

Mükafatlandırma mərasimində İranın Bakıdakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim Nuri, BDU-nun professoru Tofiq Cahangirov və universitet müəllimləri və tələbələri iştirak ediblər.

Cari ilin may ayında Bakıda fars dili üzrə olimpiadada fərqlənən tələbələr və müəllimlər üçün Mədəniyyət Mərkəzi tərəfindən ixtisasartırma kursları təşkil olunub. Bu kurslarda BDU-nun professoru Tofiq Cahangirov dərs keçib.

Xəbər lenti

Xəbər lenti