Azərbaycan, Bakı, 30 may /Trend/
28 may - Respublika Günü münasibətilə Varşavada Azərbaycanın Polşadakı səfirliyi tərəfindən ziyafət təşkil olunub. Bu barədə bazar ertəsi Trend-ə səfirlikdən məlumat verilib.
Tədbirdə Polşa Respublikası Prezidenti Administrasiyasının, Xarici işlər və digər nazirliklərin əməkdaşları, səfırlər, diplomatlar, Polşada fəaliyyət göstərən dini birlik və ali təhsil ocaqlarının rəhbərləri, Polşa vilayətlərinin məsul şəxsləri, Polşada təhsil alan Azərbaycanlı tələbələr və Azərbaycan diasporunun təmsilçiləri, həmçinin Polşa mediasının nümayəndələri iştirak ediblər.
Səfır Həsən Həsənov Respublika Gününün xalqımız üçün tarixi əhəmiyyəti, Azərbaycan Demokratik Respublikasının yaranması və müsəlman şərqindəki ilk "Parlament Respublikası" kimi fəaliyyət göstərməsi, ölkənin müstəqillik tarixi, onun suveren dövlət kimi inkişafı, regiondakı mövqeyi, durmadan artan beynəlxalq nüfuzu, Azərbaycan Respublikasının 20 faiz torpaqlarının Ermənistan tərəfındən işğalı nəticəsində bir milyona yaxın soydaşımızın öz doğma yurdlarmdan didərgin düşməsi, ölkəmizin ağır günlərində xalqın tələbi ilə Ümummilli lider Heydər Əliyevin Prezident seçilməsi, Prezident İlham Əliyevin müstəqilliyimizin daha da möhkəmlənməsi, çiçəklənməsi sahəsində gördüyü işlər, apardığı islahatlar, XIX-XX əsrlərdə Azərbaycanda fəaliyyət göstərmiş polyak memarlar, hərbçilər, siyasi xadimlər və s. barədə ətraflı məlumat verib.
Səfır Həsənov "Eurovision-2011" musiqi müsabiqəsində Azərbaycanı təmsil edən Eldar Qasımov və Nigar Camal duetinə verdikləri dəstəyə görə polşalı musiqisevərlərə eləcə də, tədbirdə iştirak edən digər ölkə nümayəndələrinə də dərin təşəkkürünü bildirib.
Tədbir çərçivəsində "Eurovision-2011" musiqi müsabiqəsində Azərbaycan təmsilçilərinin ifa etdiyi musiqinin video çarxı nümayiş etdirilib.
Tədbir iştirakçılarına Azərbaycanın caz ustası Vaqif Mustafazadənin musiqisi sədaları altında ölkəmizin tarixi, mədəniyyəti, Azərbaycanın adət-ənənələri, həmçinin ölkəmizin turizm mərkəzlərini işıqlandıran fılm nümayiş etdirilib.
Tədbirin rəsmi hissəsindən sonra Azərbaycan və digər ölkələrin mətbəxindən nümunələr qonaqlara təqdim olunub.