...

Sabah Azərbaycanın şimal rayonlarında leysan olacaq

Cəmiyyət Materials 3 İyun 2011 11:44 (UTC +04:00)
Sabah Azərbaycanın şimal rayonlarında leysan xarakterli yağış yağacaq.
Sabah Azərbaycanın şimal rayonlarında leysan olacaq

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Sabah Azərbaycanın şimal rayonlarında leysan xarakterli yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə günü Trend-ə verilən məlumata görə, iyunun 4-də respublikanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, səhər saatlarında duman olacağı, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı gözlənilir. Qısamüddətli yağış yağacağı, ayrı-ayrı şimal rayonlarında lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 8-12, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti