...

Azərbaycanda taxta materiallarına olan tələbatı ödəmək üçün ağaclar yetişdirilə bilər - ekologiya naziri

Cəmiyyət Materials 6 İyun 2011 12:41 (UTC +04:00)
Azərbaycanda taxta materiallarına olan tələbatı ödəmək məqsədilə ayrı-ayrı kənd təsərrüfatı torpaqlarında sürətlə böyüyən ağaclar yetişdirilə bilər.
Azərbaycanda taxta materiallarına olan tələbatı ödəmək üçün ağaclar yetişdirilə bilər - ekologiya naziri

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda taxta materiallarına olan tələbatı ödəmək məqsədilə ayrı-ayrı kənd təsərrüfatı torpaqlarında sürətlə böyüyən ağaclar yetişdirilə bilər. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

"Azərbaycanda ağac materialları çatışmazlığı var. Biz çalışırıq ki, yeni meşələrimizdən istifadə olunmasın, çünki onlar xüsusi kateqoriyaya aid meşələrdir. Eyni zamanda, iqtisadiyyatda taxta materiallarından istifadəni də dayandıra bilmərik. Demək, onda bu materiallar xaricdən gəlməlidir. Bu problemi həll etmək üçün ayrı-ayrı kənd təsərrüfatı torpaqlarında sürətlə böyüyən ağaclar yetişdirə bilərik. Bu sahədə Latviyanın təcrübəsindən istifadə edə bilərik", - nazir bildirib.

Xəbər lenti

Xəbər lenti