...

Ədliyyə Nazirliyində Gürcüstanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

Cəmiyyət Materials 8 İyun 2011 19:54 (UTC +04:00)
İyunun 8-də ədliyyə naziri Fikrət Məmmədov Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir
Ədliyyə Nazirliyində Gürcüstanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

İyunun 8-də ədliyyə naziri Fikrət Məmmədov Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.

Görüşdə Azərbaycan və Gürcüstan arasında dostluq və səmərəli əməkdaşlığın dinamik inkişafı qeyd olunaraq, iki ölkənin ədliyyə nazirlərinin bu aylarda edilib qarşılıqlı səfərlərinin, keçirilmiş rəsmi görüşlərin, aparılmış faydalı danışıqların və təcrübə mübadiləsinin hüquqi sahədə əlaqələrin genişləndirilməsinə böyük təkan verdiyi vurğulanıb.

Səfir Azərbaycan ədliyyə nazirinin ötən ay Batumidə müasir Ədliyyə Evinin açılışında iştirak etdiyinə görə Gürcüstan tərəfinin təşəkkürünü çatdırıb.

Söhbət zamanı dövlətlərimizin ədliyyə orqanları arasında əlaqələrin daha da genişləndirilməsi, o cümlədən hüquqi yardım, məhkumların verilməsi və digər maraq doğuran məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti