...

Dünya Azərbaycanlılarının III Qurultayına hazırlıq işləri tamamlanmaq üzrədir

Cəmiyyət Materials 10 İyun 2011 11:18 (UTC +04:00)
Dünya Azərbaycanlılarının III Qurultayına hazırlıq işləri tamamlanmaq üzrədir. Bu barədə cümə günü Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov məlumat verib.
Dünya Azərbaycanlılarının III Qurultayına hazırlıq işləri tamamlanmaq üzrədir

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir T.Hacıyev/

Dünya Azərbaycanlılarının III Qurultayına hazırlıq işləri tamamlanmaq üzrədir. Bu barədə cümə günü Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov məlumat verib.

Onun sözlərinə görə, qurultayda 50-dən artıq ölkədən 600-ə yaxın nümayəndə iştirak edəcək. Nümayəndələr əsasən dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm adamları, ictimai və mədəniyyət xadimləri, iş adamları olacaq.

Nəzərov bildirib ki, qurultaya nümayəndələrlə yanaşı müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələri, Azərbaycanın haqq işini dəstəkləyən, onun problemlərinin dünya ictimaiyyətinə çatdırılmasında xidmətləri olmuş insanlar da dəvət olunacaqlar.

Onun sözlərinə görə, gələn həftədən etibarən qurultayla bağlı təbliğat işləri aparılacaq.

Nəzərov onu da bildirib ki, qurultayda bir neçə bəyanatın qəbul olunacağı gözlənilir.

"III Qurultayda II Qurultaydan sonrakı dövr ərzində görülmüş işlər haqqında hesabat dinləniləcək, qarşıda duran vəzifələr müəyyən olunacaq. Bundan əlavə, dünya azərbaycanlılarının inteqrasiyası istiqamətində işlərin görülməsi barədə qərarlar qəbul olunacaq", - o əlavə edib.

Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 2011-ci il 21 yanvar tarixli sərəncamına uyğun olaraq Dünya Azərbaycanlılarının III Qurultayının 2011-ci il iyulun 5-də Bakıda keçirilməsi planlaşdırılır.

Dünya Azərbaycanlılarının I Qurultayı 2001-ci ildə, II Qurultayı isə 2006-cı ildə keçirilib.

Xəbər lenti

Xəbər lenti