...

Milli Qurtuluş Günü münasibətilə qadın cəzaçəkmə müəssisəsində bayram tədbiri keçirilib

Cəmiyyət Materials 14 İyun 2011 17:19 (UTC +04:00)
Trend-in məlumatına görə, tədbirdə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev, Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri, qeydi-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Milli Qurtuluş Günü münasibətilə qadın cəzaçəkmə müəssisəsində bayram tədbiri keçirilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Milli Qurtuluş Günü münasibətilə qadın cəzaçəkmə müəssisəsində bayram tədbiri keçirilib.

Trend-in məlumatına görə, tədbirdə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev, Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri, qeydi-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Xidmətin rəisi Quliyev çıxış edərək Milli Qurtuluş Gününün əhəmiyyəti, ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlər barədə geniş məlumat verib.

Sonra qadın məhkumların ifasında bədii kompozisiya nümayiş olunub.

Qadın məhkumlar Vətənə məhəbbəti, Qarabağı tərənnüm edən, ümummilli liderə həsr olunmuş mahnılar oxuyub, şeirlər söyləyiblər.

Məhkum qadınların ifasında Cəfər Cabbarlının "Sevil" tamaşasından hissə göstərilib.

Tədbirdə xalq artisti Məleykə Əsədova və Cavanşir Məmmədovun rəhbərlik etdiyi "Cavanşir estrada qrupu" da çıxış edib.

Qadın məhkumların əl işlərindən ibarət sərgi nümayiş olunub.

Xəbər lenti

Xəbər lenti