...

Dövlət qurumlarının saytlarının informasiya açıqlığı üzrə reytinq cədvəli müəyyənləşdi

Cəmiyyət Materials 21 İyun 2011 16:03 (UTC +04:00)
Multimedia Mərkəzi tərəfindən "İctimai informasiyaların rəsmi internet resurslar vasitəsilə açıqlanması: real vəziyyət və perspektivlər" mövzusunda çərşənbə axşamı "dəyirmi masa" keçirilib.
Dövlət qurumlarının saytlarının informasiya açıqlığı üzrə reytinq cədvəli müəyyənləşdi

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Multimedia Mərkəzi tərəfindən "İctimai informasiyaların rəsmi internet resurslar vasitəsilə açıqlanması: real vəziyyət və perspektivlər" mövzusunda çərşənbə axşamı "dəyirmi masa" keçirilib.

Trend-in məlumatına görə, tədbirdə mərkəz tərəfindən 6 ay ərzində 60 dövlət qurumunun və 15 bələdiyyənin internet resursunun monitorinqinin aparıldığı qeyd edilib. Rəsmi saytların 67 parametr üzrə kəmiyyət və keyfiyyət kriteriyaları və sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla informasiya açıqlığı vəziyyətinin analiz olunduğu bildirilib. İnformasiya açıqlığı üzrə dövlət qurumlarının və bələdiyyələrin növbəti reytinq cədvəli və hesabat ictimaiyyətə təqdim edilib. Hesabatda son yarım il ərzində dövlət orqanlarının və bələdiyyələrin rəsmi internet saytlarında yerləşdirilən informasiyanın kəmiyyət və keyfiyyət baxımından mövcud qanunvericiliyə uyğunluğu ilə bağlı vəziyyət öz əksini tapıb. Orada ictimai informasiyaların internet resurslar vasitəsilə yayılmasında müsbət istiqamətdə xeyli irəliləyişlər olması ilə bərabər, hələ də ciddi problemlərin qaldığı bildirilib. Xüsusilə, informasiya açıqlığı sahəsində dövlət qurumları arasında kəskin informasiya bərabərsizliyinin olduğu vurğulanıb.

Monitorinqin nəticələrinə əsasən, informasiya açıqlığı üzrə reytinq cədvəlində 1, 2 və 3-cü yerləri müvafiq olaraq Vergilər Nazirliyi (68%), Hesablama Palatası (56%) və Dövlət Sosial Müdafiə Fondu (55%) tutub.

Müdafiə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytları isə hələ də fəaliyyət göstərmir. 60 dövlət qurumu üzrə orta informasiya açıqlığı göstəricisi 27 faiz təşkil edib. Ötən illə müqayisədə informasiya açıqlığı sahəsində təxminən 7 faiz artım olub.

"Dəyirmi masa"da RİTN-in nümayəndəsi Etibar Umudov, Dövlət Neft Fondunun nümayəndəsi Cəmalə Əliyeva, Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev, IREX təşkilatının nümayəndəsi Ələsgər Məmmədli, Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Elman Babayev, Vergilər Nazirliyinin nümayəndəsi Ələkbər Arif, DİN-in nümayəndəsi Cavid Qasımov, Milli Məclisin şöbə müdirinin müavini Yaşar Əməşov, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndəsi Asəf Əliyev, AMEA İTİ-nin şöbə müdiri Gülnarə Nəbiyeva, "Sahil" şirkətinin direktoru Vahid Qasımov, müstəqil ekspert Azər Həsrət, Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı və digər nümayəndələr çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti