...

Jurnalistlərdən ibarət növbəti heyət "Azərduz" və "Bizim duz" markalarının istehsal olunduğu zavodda olub (FOTO)

Cəmiyyət Materials 21 İyun 2011 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Jurnalistlərdən ibarət növbəti heyət "Azərduz" və "Bizim duz" markalarının istehsal olunduğu Masazır Duz Zavodunda olub.

Trend-in məlumatına görə, uzun illərdən bəri süfrələrimizdə bizə qənim kəsilən keyfiyyətsiz, yodlaşdırılmamış duzların istifadəsi müxtəlif xəstəliklərin yayılmasına səbəb olub.

Yod çatışmazlığı probleminin birdəfəlik aradan qaldırılması məqsədilə "Azərsun Holdinq" və Azərbaycan İnvestisiya Şirkəti tərəfindən inşa olunan Masazır Duz Zavodunun istifadəyə verilməsi bu sahədə atılan ciddi, uğurlu addım olub. Artıq bütün satış nöqtələrində istehlakçılara təklif edilən yüksək keyfiyyətli "Azərduz" və "Bizim duz" markaları bazarda satılan digər markalardan həm keyfiyyətinə, həm də saflığına görə dəfələrlə yüksək göstəricilərə malikdir.

Yüksək keyfiyyətli yodlaşdırılmış "Azərduz" və "Bizim duz" məhsulları mətbəxdə xanımlarımızın daim istifadə etdikləri xörək duzu və süfrə duzu ayrımını da artıq tarixə qovuşdurdu.

"Azərduz" və "Bizim duz" məhsulları yüksək keyfiyyəti ilə keçmişdə qalan gilli, ovulmuş və xırda daş parçalarını xatırladan xörək duzu deyil, yodlaşdırılmış və 99,9 faiz saf olan ekstra duzdan ibarətdir.

"Azərduz" və "Bizim duz" markalarının istehsal mənbəyi Masazır gölü, Azərbaycan Respublikasının Abşeron rayonun ərazisində, paytaxt Bakıdan 21 km şimal-qərbdə yerləşir. Bu göldən 1813-cü ildən başlayaraq mütəmadı şəkildə duz hasil olunur. Masazır gölünün uzunluğu 4.7 km, ortalama eni 2.1 km, ümumi sahəsi 10 km²-dir. Gölün dərinliyi 0.2 metrdən 3 metrə qədərdir. Masazır duz gölündə duz iki vəziyyətdə mövcüddur: gölün dibində olan duz layı şəklində və gölün suyunun tərkibində məhlul şəklində. Göl suyunda NaCl miqdarı 270 gr/litrdir, göl suyunun ümumi mineralizasiyası 330 gr/litrdir. Masazır gölünün cəmi duz ehtiyatı 1.735.000 tondur.

Azərbaycan əhalisinin illik yodlaşdırılmış duz tələbatını 35-40 min ton və respublikamızın yodlaşdırılmış duz ixracat potensialını nəzərə alaraq, zavodun günlük emal gücü 300 ton nəzərdə tutulur. Zavodun texnoloji sxemində Avropanın son model texnoloji avadanlıqlarından və avtomatik idarəetmə sistemindən istifadə edilir.

Zavodun fəaliyyəti sayəsində Azərbaycan bazarındakı mövcud yodsuz duz problemi aradan qalxmaqdadır. Artıq 1 ilə yaxındır ki, istifadəyə verilən müəssisə Azərbaycanda ilk dəfə sənaye üsulu ilə emal edilmiş, təmizlənmiş və yodlaşdırılmış duz istehsal edir. Masazır Duz Zavodu Qafqazın ən müasir və böyük duz zavodudur.

Xəbər lenti

Xəbər lenti