...

Diasporun ən böyük töhfəsi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır - İttifaq sədri

Cəmiyyət Materials 23 İyun 2011 17:11 (UTC +04:00)
Azərbaycan ilə Orta Asiya ölkələri arasında birbaşa məlumat mübadiləsi genişləndirilməlidir.
Diasporun ən böyük töhfəsi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır - İttifaq sədri

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan ilə Orta Asiya ölkələri arasında birbaşa məlumat mübadiləsi genişləndirilməlidir. Bu barədə Trend-ə cümə axşamı Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqının sədri Vidadi Salahov bildirib.

"Bu gün diasporun ən böyük töhfəsi ondan ibarət ola bilər ki, Azərbaycan həqiqətləri dünyaya, o cümlədən Orta Asiyaya çatdırılsın", - İttifaqın sədri deyib.

Onun sözlərinə görə, Azərbaycanın hazırkı siyasi, iqtisadi vəziyyəti haqqında Orta Asiya ölkələrində yetərincə məlumatlı deyillər.

"Bunun üçün Azərbaycan ilə Qazaxıstan, Özbəkistan və digər Orta Asiya ölkələri arasında telekörpülər yaradılmalıdır, televiziyalar arasında informasiya mübadiləsi gücləndirilməlidir, mətbu orqanlar açılmalıdır", - o bildirib.

Bakıda iyulun 5-də keçiriləcək Dünya Azərbaycanlılarının III Qurultayında Qazaxıstanın 9 nəfərlik nümayəndə heyəti ilə iştirak edəcəyini bildirən Salahov qeyd edib ki, tədbirdə II qurultaydan keçən dövr ərzində görülmüş işlərin hesabatı veriləcək, qarşıdan gələn illərdə qarşıda duran məsələlər müzakirə olunacaq.

O, 2011-ci il ərzində Qazaxıstanın altı əyalətindəki ali təhsil müəssisələrində Azərbaycanın diaspor təşkilatları tərəfindən müxtəlif tədbirlərin keçirildiyini bildirib və bu istiqamətdə işlərin genişləndiriləcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti