...

Azərbaycanda iyulun ilk günləri üçün hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 29 İyun 2011 12:34 (UTC +04:00)
İyulun ilk günlərində Azərbaycan ərazisində güclü şimal-qərb küləyinin əsəcəyi, havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədəçərşənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildirilib.
Azərbaycanda iyulun ilk günləri üçün hava proqnozu açıqlanıb

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir M.Əliyev/

İyulun ilk günlərində Azərbaycan ərazisində güclü şimal-qərb küləyinin əsəcəyi, havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildirilib.

İyunun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 19-23, gündüz 32-37 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək, havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti