...

Azərbaycan QHT-ləri diasporun inkişafı üçün təkliflər hazırlayıb

Cəmiyyət Materials 4 İyul 2011 16:15 (UTC +04:00)
Azərbaycan QHT-ləri diasporun inkişafı üçün təkliflər hazırlayıb.
Azərbaycan QHT-ləri diasporun inkişafı üçün təkliflər hazırlayıb

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan QHT-ləri diasporun inkişafı üçün təkliflər hazırlayıb. Trend-in məlumatına görə, diasporumuzun fəaliyyətinin gücləndirilməsi üçün təkliflər paketinin hazırlanması məqsədi ilə "Azərbaycan diasporunun fəaliyyəti: problemlər və perspektivlər" mövzusunda konfrans təşkil edilib. Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkil etdiyi konfransda diaspor yönümlü QHT-lər, ali təhsil ocaqlarının professor və müəllimləri, xaricdə təhsil alan tələbələr və ekspertlər iştirak ediblər.

"Azərbaycan diasporunun fəaliyyəti: problemlər və prespektivlər" mövzusunda keçirilən konfransda bir sıra məsələlərə dair müzakirələr aparılıb. Konfransda Bakı-Slavyan Universitetinin dosenti Şirinbəy Əliyev, Gənc Jurnalistlər Şəbəkəsinin rəhbəri Ramilə Əliyeva, "Azərbaycan" Universitetinin prorektoru, politoloq Xaləddin İbrahimli, "Qafqaz" Universitetindən Regionşünaslıq (Avropa) kafedrasının müdiri Ceyhun Mahmudlu, İdarəçilik Akademiyasının dissertantı Cahangir Cahangirli, Milli Düşüncə İnstitutu təşkilatının eksperti Tariel Faziloğlu, "Xəzər" Universitetinin magistri Lalə Cumayeva, Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, BDM-in Rusiya nümayəndəliyinin rəhbəri, hüquqşünas Ələmdar Nəbiyev, Fikir Fabriki İnstitutunun layihə koordinatoru Sənan Nəcəfov, Azərbaycan-Avropa Hərəkatının rəhbəri Surxay Lətifov, ekspertlər Namiq Eyvazov, Samir İsgəndərov və başqaları çıxış ediblər.

Konfrans iştirakçıları tərəfindən Azərbaycan diaspor təşkilatlarına təkliflər zərfi ünvanlanıb. Zərfdə xarici ölkələrdə yaşayan soydaşlarımızın latın qrafikalı Azərbaycan əlifbasını öyrənməsi üçün əyani vəsaitlərin hazırlanması və yayılması, diaspor təşkilatlarının formalaşmasında və fəaliyyətində şəffaflığa riayət etmək, Azərbaycan həqiqətlərinin daha sürətlə yayılması üçün fasiləsiz olaraq mərasim və aksiyaların keçirilməsinə nail olmaq, dünyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının şəbəkələşmiş şəkildə fəaliyyətini təşkil etmək və başqa təkliflər yer alıb.

Xəbər lenti

Xəbər lenti