...

Baş Dövlət Yol Polisi İdarəsi işə qəbulla bağlı müsabiqə elan edib

Cəmiyyət Materials 6 İyul 2011 10:33 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi, Yol Patrul Xidməti Alayının, yol patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Baş Dövlət Yol Polisi İdarəsi işə qəbulla bağlı müsabiqə elan edib

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Baş Dövlət Yol Polisi İdarəsi işçi axtarır.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi, Yol Patrul Xidməti Alayının, yol patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Müsabiqədə yalnız orta ixtisas və ali hüquq, eləcə də avtomobil nəqliyyatına aid olan ixtisaslara və sürücülük vəsiqələrinə malik olan, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, boyu 175 santimetrdən yuxarı, ingilis dilində sadə danışıq bacarığı olan, Sabirabad, Saatlı, İmişli, Şırvan, Şəki, Zaqatala, Balakən, Qax rayonlarında daimi qeydiyyatda olan, yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Namizədlər yol hərəkəti qaydaları üzrə və kompüter biliklərinin yoxlanılmasına cəlb olunurlar.
Namizədlərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə müvafiq komissiyalar tərəfindən yoxlanılır.

Namizədlər fiziki hazırlıq səviyyəsinin minimal normativlərini ödəməlidirlər.

Qaçış:

100 (yüz) metrə - 15.00 saniyə,
1000 (min) metrə - 4.00 dəqiqə

Turnikdə dartınma: -- 6 dəfə

Müsabiqədə iştirak etmək istəyənlər iyulun 10 -dan 30 -dək sənədlərini Baş Idarəyə təqdim edə bilər.

Xəbər lenti

Xəbər lenti