...

Qafqaz Müsəlmanları İdarəsinin xarici ölkələrdə şöbələri yaradılacaq - Hidayət Orucov

Cəmiyyət Materials 6 İyul 2011 12:37 (UTC +04:00)
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Azərbaycan diaspor təşkilatlarının hökumət nümayəndələri ilə görüşündə bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin xarici ölkələrdə şöbələri yaradılacaq - Hidayət Orucov

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir T.Hacıyev/

Qafqaz Müsəlmanları İdarəsinin xarici ölkələrdə şöbələri yaradılacaq. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Azərbaycan diaspor təşkilatlarının hökumət nümayəndələri ilə görüşündə bildirib.

O qeyd edib ki, bu barədə "Dini etiqad azadlığı haqqında" qanuna edilən əlavə və dəyişikliklərin qüvvəyə minməsi ilə bağlı Prezidentin imzaladığı sərəncamda tövsiyə olunur.

Komitə sədrinin sözlərinə görə, şöbələrin yaradılması ilə bağlı bütün maliyyə məsələlərini Azərbaycan dövləti öz üzərinə götürəcək.

"Bu da onu göstərir ki, xaricdə yaşayan azərbaycanlılara da dövlətin qayğısı var", - Orucov deyib.

Görüşdə çıxış edən ombudsman Elmira Süleymanova Azərbaycanın insan hüquqlarının müdafiəsi sahəsində öndə gedən ölkələr sırasında olduğunu deyib.

Süleymanova xaricdə yaşayan diaspor nümayəndələrinə hüquq və azadlıqlarını bilmələrini tövsiyə edib.

"Diaspor nümayəndələri öz hüquq və azadlıqlarını yaxşı bilməlidir ki, yaşadıqları ölkələrdə bunu tələb edə bilsinlər", - ombudsman deyib.

Xəbər lenti

Xəbər lenti