...

Bu il ilan sancmasından 3 nəfər ölüb

Cəmiyyət Materials 7 İyul 2011 14:33 (UTC +04:00)
Aprelin 1-dən bu günə kimi ilan sancması diaqnozu ilə ümumilikdə 44 nəfər Respublika Toksikologiya Mərkəzinə müraciət edib.
Bu il ilan sancmasından 3 nəfər ölüb

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İ.İsabalayeva/

Aprelin 1-dən bu günə kimi ilan sancması diaqnozu ilə ümumilikdə 44 nəfər Respublika Toksikologiya Mərkəzinə müraciət edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlardan 16 nəfər Bakı və ətraf rayonların payına düşür. Bu günə kimi ilan sancmasından 3 nəfər tibbi yardıma gec müraciət etməsi səbəbindən dünyasını dəyişib.

Qeyd olunan müddətdə əqrəb sancması diaqnozu ilə 6, qara qurd sancması diaqnozu ilə isə 3 nəfər müraciət edib. Müraciət edənlərin hamısını xilas etmək mümkün olub.

Dəniz mövsümü başlayandan indiyədək Bakı şəhər Təcili Tibbi Yardıma suda boğulma diaqnozu ilə 8 nəfərə dair müraciət daxil olub. Onlardan yalnız üçü hospitallaşdırılıb, digərlərinə yerində yardım göstərilərək evlərinə göndərilib. Yalnız bir nəfər Bilgəh qəsəbəsində xüsusi müəyyənləşdirilmiş çimərlikdən kənar sahədə çimərkən dənizdə boğularaq dünyasını dəyişib.

Günvurmadan Bakı şəhər Təcili Tibbi Yardıma müraciət edənlərin sayı 16 nəfər olub. Bunlardan da 10 nəfərin vəziyyəti yüngül qiymətləndirilərək yardım göstərildikdən sonra evə buraxılıb. 6 nəfər isə hospitallaşdırılıb.

Xəbər lenti

Xəbər lenti