...

Azərbaycan Milli Aviasiya Akademiyası ilə Türkiyənin Anadolu Universiteti saziş imzalayıblar

Cəmiyyət Materials 8 İyul 2011 16:29 (UTC +04:00)
Bakıda Türkiyənin Anadolu Universiteti ilə Azərbaycanın Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq haqqında saziş izmalanıb.
Azərbaycan Milli Aviasiya Akademiyası ilə Türkiyənin Anadolu Universiteti saziş imzalayıblar

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Bakıda Türkiyənin Anadolu Universiteti ilə Azərbaycan Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq haqqında saziş izmalanıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

Anadolu Universiteti tərəfdən sazişi universitetin rektoru, prof. dr. Davud Aydın, Azərbaycan Milli Aviasiya Akademiyası tərəfdən isə akademiyanın rektoru Arif Paşayev imzalayıb.

Protokola görə, Anadolu Universitetinin mülki müdafiə məktəbi ilə Azərbaycanın Milli Aviasiya Akademiyası arasında tələbə və professor-müəllim heyətinin mübadiləsi, birgə bakalavriat və magistratura proqramlarının işlənməsi həyata keçiriləcək. Birgə tədqiqat layihələrində əməkdaşlıq nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti