...

Qəzetlərdə Azərbaycan dilinin normalarına riayət olunması ilə bağlı monitorinqin nəticələri açıqlanıb

Cəmiyyət Materials 14 İyul 2011 12:32 (UTC +04:00)
Mətbuat Şurası Azərbaycanda nəşr olunan 40 qəzetdə Azərbaycan dilinin normalarına riayət olunması ilə bağlı monitorinq aparıb.
Qəzetlərdə Azərbaycan dilinin normalarına riayət olunması ilə bağlı monitorinqin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir T.Haçıyev/

Mətbuat Şurası Azərbaycanda nəşr olunan 40 qəzetdə Azərbaycan dilinin normalarına riayət olunması ilə bağlı monitorinq aparıb. Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov "Mediada dil faktoru" adlı "dəyirmi masa"da çıxış zamanı deyib.

O bildirib ki, bir ay ərzində aparılan monitorinq zamanı 13 599 pozuntu halı aşkarlanıb. Pozuntular əsasən, leksik və qrammatik yönümlü olub. Leksik pozuntulara əsasən alınma söz, dialekt, şivə, neologizm və terminlərin yazılışı zamanı yol verilib.

"Qrammatik pozuntulara morfoloji qaydalara düzgün əməl olunmaması daxildir. Yəni şəkilçilərdən düzgün istifadə olunmur. Sintaktik qaydalarda isə söz birləşməsi qaydalarına düzgün əməl edilmir. Bundan əlavə, durğu işarələri qaydalarına da riayət olunmur. Sözlərin yazılması zamanı orfoqrafiya qaydalarına da əməl edilmir. Bəzən danışıq dili normalarının ədəbi dilə gətirilməsi halları da müşahidə edilir", - Amaşov bildirib.

Xəbər lenti

Xəbər lenti