...

Bu ilin I yarısında "190" nömrəli telefon məlumat xidmətinə 59 minə yaxın müraciət ünvanlanıb

Cəmiyyət Materials 14 İyul 2011 12:55 (UTC +04:00)
Bu ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun müasir tipli "190" nömrəli telefon məlumat xidmətinə ("Call-center") əhali tərəfindən ümumilikdə 58 818 müraciət ünvanlanıb.
Bu ilin I yarısında "190" nömrəli telefon məlumat xidmətinə 59 minə yaxın müraciət ünvanlanıb

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Bu ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun müasir tipli "190" nömrəli telefon məlumat xidmətinə ("Call-center") əhali tərəfindən ümumilikdə 58 818 müraciət ünvanlanıb.

Fondun ictimaiyyətlə əlaqəlar sektorundan Trend-ə verilən məlumata görə, telefon məlumat xidmətinə daxil olan və bilavasitə operatorlara yönləndirilən sorğuların 60,4 faizi canlı rejimdə birbaşa olaraq məsləhətçi operatorlar tərəfindən cavablandırılıb.

Müraciətlərin 39,6 faizi isə qeyri-iş günlərinə təsadüf edib və bu zaman suallara avtomatik olaraq robot tərəfindən standart formada cavablar verilib.

Cari ilin ilk yarısında "190" nömrəli telefon məlumat xidmətinə canlı rejimdə daxil olan müraciətlər arasında pensiya məsələləri üstünlük təşkil edib. Müraciətlərin 54 faizi bilavasitə pensiya məsələlərinə aid olub. Müraciətlərin 17,6 faizini məcburi dövlət sosial sığortasına dair sorğular əhatə edib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 28,4 fazi isə fərdi uçotun təşkili və digər məsələlərlə bağlı olub.

Sorğuların təhlili göstərir ki, telefon məlumat xidmətinə ünvanlanan müraciətlər daha çox maarifləndirici xarakter daşıyıb.

Belə ki, telefon məlumat xidmətinə daxil olan müraciətlər sırasında bu il iyulun 1-dən Azərbaycanda 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqlarının yenidən hesablanaraq artırılmasını nəzərdə tutan dəyişikliklərlə bağlı suallar, əmək pensiyası hüququnun neçə yaşdan yarandığı, güzəştli şərtlərlə kimlərin pensiyaya çıxmaq hüququnun olduğu, pensiya təyinatı üçün hansı sənədlərin tələb edildiyi, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər, sosial sığorta üzrə ödəmələrin növləri, sığortaedənlərin, eləcə də sığortaolunanların hüquq və vəzifələri kimi məsələlər üstünlük təşkil edib.

Telefon məlumat xidməti canlı və avtomatik rejimdə olmaqla fasiləsiz fəaliyyət göstərir.

Telefon məlumat xidmətindən istifadə qaydaları barədə məlumat və xüsusi maarifləndirici videoçarx DSMF-nin saytında (www.sspf.gov.az) yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti