...

Azərbaycan və Fransa arxeoloqları Tovuzda birgə tədqiqat işləri aparırlar

Cəmiyyət Materials 16 İyul 2011 14:17 (UTC +04:00)
Azərbaycan-Fransa birgə arxeoloji ekspedisiyasi Tovuz rayonunun Mentaş yaşayış yerində arxeoloji təqiqat işləri aparır.
Azərbaycan və Fransa arxeoloqları Tovuzda birgə tədqiqat işləri aparırlar

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan-Fransa birgə arxeoloji ekspedisiyasi Tovuz rayonunun Mentaş yaşayış yerində arxeoloji tədqiqat işləri aparır.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnsitutundan Trend-ə verilən məlumata görə, bu ərazidə tədqiqat işlərinə 2007-ci ildən başlanılıb.

Yaşayış məskənindən Eneolit və Neolit dövrlərinə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb.

Beynəlxalq ekspedisiyaya Azərbaycan tərəfindən tarix üzrə fəlsəfə elmlər doktoru Fərhad Quliyev, Fransa tərəfindən isə Bertil Lionet rəhbərlik edir.

Gələcəkdə adıçəkilən abidədə tədqiqat işləri genişləndiriləcək, bu işlərə digər ölkələrin də mütəxəssisləri cəlb ediləcək.

Xəbər lenti

Xəbər lenti