...

Magistraturaya daxil olan bakalavrların qeydiyyatdan keçmə müddəti bitdi

Cəmiyyət Materials 18 İyul 2011 17:16 (UTC +04:00)
2011/2012-ci tədris ili üzrə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olan bakalavrların daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçmə müddəti bitib.
Magistraturaya daxil olan bakalavrların qeydiyyatdan keçmə müddəti bitdi

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İ.İsabalayeva/

2011/2012-ci tədris ili üzrə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olan bakalavrların daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçmə müddəti bitib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, bakalavrların qeydiyyatdan keçmə müddətinin əvvəl iyulun 15-də yekunlaşması nəzərdə tutulsa da, sonradan bu tarix iyulun 18-i saat 17:00-dək uzadılıb.

Bakalavrlar bu müddətdə tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçiblər.

Bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.

Komissiyadan bildirilib ki, ali məktəblərin magistraturalarında boş qalan plan yerləri haqqında elan "Magistr" jurnalının yaxın vaxtlarda işıq üzü görəcək 6-cı sayında dərc ediləcək.

Bu il ali məktəblərin magistraturalarına 4396 nəfər qəbul olunub.

Xəbər lenti

Xəbər lenti