...

Ekspert şuralarının müxtəlif tədbirlərə daha tez-tez cəlb edilməsi vacibdir - Rasim Musabəyov

Cəmiyyət Materials 19 İyul 2011 13:07 (UTC +04:00)
Ekspert şuraları öz-özlüyündə qarşılıqlı fəaliyyət göstərə bilməzlər, onların iştirak etdiyi tədbirlərin sayını artırmaq lazımdır ki, bu da onların səviyyəsini artıracaq.
Ekspert şuralarının müxtəlif tədbirlərə daha tez-tez cəlb edilməsi vacibdir - Rasim Musabəyov

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Ekspert şuraları öz-özlüyündə qarşılıqlı fəaliyyət göstərə bilməzlər, onların iştirak etdiyi tədbirlərin sayını artırmaq lazımdır ki, bu da onların səviyyəsini artıracaq. Azərbaycanlı politoloq, Trend-in Ekspert Şurasının üzvü, Milli Məclisin deputatı Rasim Musabəyov bildirib.

"Hansısa başqa-başqa analitiklərlə qarşılıqlı əlaqələri genişləndirmək, ekspert şuralarının üzvlərini dəvət etməklə tədbirlərin keçirilməsi lazımdır, çünki şuranın özü yardımçı strukturdur və öz qarşısında belə tapşırıqlar qoymur", - Musabəyov deyib.

Onun sözlərinə görə, ekspertlərin özləri yalnız hansısa konkret mövzu və ya məsələyə həsr olunmuş müzakirələrdə iştirak edə və öz fikirlərini söyləyə bilərlər.

Xəbər lenti

Xəbər lenti