...

Hidayət Orucov: Ermənistandakı Azərbaycan toponimləri dəyişdirilir

Cəmiyyət Materials 21 İyul 2011 12:12 (UTC +04:00)
Ermənistandakı Azərbaycan toponimləri dəyişdirilir. Trend-in məlumatına görə, bunu cümə axşamı "Azərbaycanda tolerantlıq ənənələri və dinlərarası dialoq" mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.
Hidayət Orucov: Ermənistandakı Azərbaycan toponimləri dəyişdirilir

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İ.İsabalayeva/

Ermənistandakı Azərbaycan toponimləri dəyişdirilir. Trend-in məlumatına görə, bunu cümə axşamı "Azərbaycanda tolerantlıq ənənələri və dinlərarası dialoq" mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.

"Erməni abidələri, misal olaraq Bakının mərkəzindəki erməni kilsəsi dövlət tərəfindən qorunur. Təəssüflər olsun ki, Ermənistan əksinə, nəinki işğal olunmuş ərazilərdə mədəni abiudələrimizi dağıdır, hətta Ermənistandakı Azərbaycan toponimlərini də dəyişdirir. Azərbaycan xalqının tarixində böyük bir mərhələni təşkil edən alban abidələri saxtalaşdırılaraq qriqoryanlaşdırılıb", - Orucov əlavə edib.

Onun sözlərinə görə, erməni tarixçiləri heç bir dəlilə əsaslanmadan işğal edilən ərazilərdə Azərbaycan-alban toponimlərini dəyişərək saxta tarix yaratmağı davam etdirirlər.

"Ermənistanın bu siyasəti bütün regionda sülh və sabitliyin bərqərar olmasına, eləcə də tolerantlıq ənənələrinin möhkəmlənməsinə ciddi problemlər yaradır", - Dövlət Komitəsinin sədri əlavə edib.

Orucov bildirib ki, həmişə müxtəlif dinlərin mənsubları arasında dostluq, qardaşlıq əlaqələrinin yaranması üçün hər cür fədakarlıq göstərmiş Azərbaycan xalqının regionda tarixən sülhün, əmin-amanlığın bərqərar olmasında misilsiz xidmətləri olub.

"Ancaq təəssüflə qeyd edilməlidir ki, regionun başqa təmsilçisi - təcavüzkar Ermənistan Azərbaycan xalqının milli mentalitetindən irəli gələn başqa dinlərə və xalqlara münasibətdə dözümlülük, onlarla yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşama kimi spesifik xüsusiyyətlərindən sui-istifadə edərək, dövlət səviyyəsində etnik təmizləmə və işğalçılıq siyasəti aparır. 20 faiz torpaqlarının işğal olunmasına və 1 milyon qaçqın və məcburi köçkünün yaranmasına baxmayaraq, Azərbaycan hər zaman olduğu kimi öz ərazisində erməni mədəniyyətinə və abidələrinə münasibətdə dözümlülük nümayiş etdirir", - Orucov deyib.

Xəbər lenti

Xəbər lenti