...

Azərbaycan Premyer Liqasında 2011/2012-ci il mövsümünün püşkatması keçirildi

Cəmiyyət Materials 22 İyul 2011 18:21 (UTC +04:00)
Cümə günü Azərbaycan Premyer Liqasında 2011/2012-ci il mövsümünün püşkatması keçirilib.
Azərbaycan Premyer Liqasında 2011/2012-ci il mövsümünün püşkatması keçirildi

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir M.Əliyev/

Cümə günü Azərbaycan Premyer Liqasında 2011/2012-ci il mövsümünün püşkatması keçirilib.

Trend-in məlumatına görə, növbəti çempionatda da 12 komanda - "Neftçi", "Xəzər Lənkəran", "Qarabağ", AZAL, "İnter", "Bakı", "Qəbələ", "Kəpəz", "Turan", "Simurq", "Rəvan" və "Sumqayıt Şəhər" oynayacaq. Son 2 komanda Premyer Liqanın debütantıdır.

Avqustun 6-7-də keçiriləcək ilk turda aşağıdakı oyunlar keçiriləcək:

1. "Qəbələ" - "Bakı"
2. "Xəzər Lənkəran" - "Sumqayıt Şəhər"
3. "Neftçi" - "Qarabağ"
4. "Simurq" - AZAL
5. "İnter" - "Turan"
6. "Kəpəz" - "Rəvan"

Sayca 20-ci milli çempionatın avqustun 6-da başlayacağı gözlənilir. Çempionat yenə də "altılıq" sistemi üzrə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti