...

Marneuli azərbaycanlıları çaqqallarla mübarizə üçün Gürcüstan hakimiyyətindən yardım istəyir

Cəmiyyət Materials 25 İyul 2011 18:45 (UTC +04:00)
Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Xanciqazlo kəndində çaqqal üç nəfəri dişləyib.
Marneuli azərbaycanlıları çaqqallarla mübarizə üçün Gürcüstan hakimiyyətindən yardım istəyir

Gürcüstan, Tbilisi, 25 iyul /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Xanciqazlo kəndində çaqqal üç nəfəri dişləyib.

Trend-in məlumatına görə, İlk hadisə sübh vaxtı baş verib. Yırtıcı otbiçən yerli sakin Məhərrəm Əliyevə hücum edib. Bir saat sonra həmin yerdə çaqqal qadını dişləyib, sonra isə kişiyə hücum edib. Sonuncu - Saləddin Osmanovun vəziyyəti ağırdır. Çaqqal onu ayağından və qarın nahiyəsindən dişləyib. Zərər çəkənlərin hamısı vaksinasiya edilib və rayon xəstəxanasında müalicə alırlar.

Yerli sakinlər Gürcüstan hakimiyyətindən quduzlaşan yırtıcılarla mübarizədə yardım göstərməyi xahiş edirlər. Onlar bildirirlər ki, çaqqallar kəndin ətrafında gəzişirlər və kənarda oynamağı xoşlayan uşaqların həyatı üçün təhlükə törədirlər.

Yerli əhali yırtıcılardan qorunmalarını tələb edir.

Xəbər lenti

Xəbər lenti