...

Mədət Quliyev: Azərbaycanda cəza çəkən məhkumların cinayətkar aləmlə əlaqələri var

Cəmiyyət Materials 29 İyul 2011 11:32 (UTC +04:00)
Azərbaycanda cəza çəkən məhkumların cinayətkar aləmlə əlaqələri var.
Mədət Quliyev: Azərbaycanda cəza çəkən məhkumların cinayətkar aləmlə əlaqələri var

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda cəza çəkən məhkumların cinayətkar aləmlə əlaqələri var. Trend-in məlumatına görə, bunu jurnalistlərə müsahibəsində Penitensiar Xidmətin rəisi Mədət Quliyev bildirib.

"Bu məsələ penitensiar sahədəki problemlərdən biri olaraq qalır və təəssüfedici haldır", - Quliyev əlavə edib.

Onun sözlərinə görə, məhkumların cinayətkar aləmə təsir imkanları mövcuddur. Quliyev nöqsanlardan biri kimi narkotik vasitələrin cəzaçəkmə müəssisələrinə keçirilməsini də vurğulayıb.

"Bu problemin qarşısını almaq hələ də mümkün olmayıb", - PX rəisi bildirib.

Quliyev məhkumların saxlanma şəraiti ilə bağlı da nöqsanların olduğunu deyib. Onun sözlərinə görə, fəaliyyətindəki nöqsanlarla bağlı 40-a yaxın əməkdaş vəzifəsindən azad olunub, 10-a yaxın əməkdaş isə ədliyyə orqanlarından xaric edilib.

"Penitensiar sahədə nöqsanların aradan qaldırılması istiqamətində ciddi tədbirlər görülür, problemlərin həllinə xüsusi diqqət ayrılıb", - Quliyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti