...

Azərbaycan hokkeyçiləri Avropa çempionu oldular

Cəmiyyət Materials 1 Avqust 2011 18:43 (UTC +04:00)
Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət milli komandası İtaliyanın Kataniya şəhərində keçirilən Avropa çempionatında baş mükafata sahib olub.
Azərbaycan hokkeyçiləri Avropa çempionu oldular

Azərbaycan, Bakı, 1 avqust /Trend/

Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət milli komandası İtaliyanın Kataniya şəhərində keçirilən Avropa çempionatında baş mükafata sahib olub.

Azərbaycan Otüstü Hokkey Federasiyasından Trend-ə verilən məlumata görə, final oyununda Azərbaycan və İtaliya yığmaları qarşı-qarşıya gəliblər. Maraqlıdır ki, 2005-ci ildə Bakıda qadın otüstü hokkeyçilər arasında keçirilən Avropa çempionatında da bu ölkələrin milli komandaları II diviziondan "elita"ya vəsiqə qazanmışdılar. O zaman bu rəqiblərin final görüşündə meydan sahibləri - Azərbaycan hokkeyçiləri minimal hesabla qalib gəlmişdilər.

Ancaq bu dəfə ssenari təkrarlanmadı. Kişi hokkeyçilərin final qarşılaşmasında meydan sahibləri deyil, Azərbaycan hokkeyçiləri qələbə qazandılar. Final görüşünün əsas vaxtı ilkin qrup mərhələsində olduğu kimi, 2:2 hesabı ilə heç-heçə başa çatdığından qalibi aşkar etmək üçün əlavə vaxtdan (7,5 x 7,5) istifadə olunub. Həmyerlilərimiz əlavə vaxtın 5-ci dəqiqəsində standart cərimə zərbəsindən "qızıl qol" vuraraq 3:2 hesablı qələbə ilə Avropa çempionatının baş mükafatına sahib olublar.

Final görüşündən əvvəl həmyerlilərimiz Cəbəllütarq hokkeyçilərinə 4:2 hesabı ilə qalib gələrək minimum vəzifə - növbəti mövsümdən qitənin II divizionunda oynamaq hüququnu özlərinə təmin etmişdilər.

Xəbər lenti

Xəbər lenti