...

Azərbaycanda yeni futbol klubu yaradılıb

Cəmiyyət Materials 3 Avqust 2011 17:42 (UTC +04:00)
Azərbaycanda yeni futbol klubu yaradılıb
Azərbaycanda yeni futbol klubu yaradılıb

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda yeni futbol klubu yaradılıb. Trend-in Vergilər Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, "Neftçala" futbol klubu rəsmi dövlət qeydiyyatına alınıb.

Klubun təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyətdir. "Neftçala Futbol Klubu" MMC-nin təsisçisi "SOCAR Petrolium" Açıq Səhmdar Cəmiyyətidir. Klubun nizamnamə kapitalı 20 000 manat təşkil edir.

Klub iyulun 29-da qeydiyyata alınıb.

Xəbər lenti

Xəbər lenti