...

Bu il İranda psixotrop maddələrin istehsalı və yayılması ilə əlaqədar 33 min nəfər həbs olunub

Cəmiyyət Materials 9 Avqust 2011 13:02 (UTC +04:00)
Bu ilin əvvəlindən (İranda il martın 21-də dəyişir) indiyədək 33 min nəfər psixotrop maddə olan metamfetamin istehsalı və yayılmasında ittiham olunaraq həbs edilib.
Bu il İranda psixotrop maddələrin istehsalı və yayılması ilə əlaqədar 33 min nəfər həbs olunub

Azərbaycan, Bakı, 9 avqust /Trend/

Bu ilin əvvəlindən (İranda il martın 21-də dəyişir) indiyədək 33 min nəfər psixotrop maddə olan metamfetamin istehsalı və yayılmasında ittiham olunaraq həbs edilib. Bu barədə İranın Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həmidrza Hüseynabadi deyib. Trend-in məlumatına görə, xəbəri İranın İLNA agentliyi yayıb.

Hüseynabadi qeyd edib ki, həmin müddətdə ümumilikdə 100 min nəfər narkotik vasitələrin istehsalı, istifadəsi və yayılmasında ittiham olunaraq həbs ediliblər. "Bu dövrdə 151 ton müxtəlif növ narkotik maddə müsadirə olunub", - o deyib.

İdarə rəisi əlavə edib ki, cari ilin əvvəlindən indiyədək 738 narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan dəstə zərərsizləşdirilib.

İranda məhbusların 50 faizi narkotik cinayətlərinə görə həbs edilib. İran KİV-in məlumatına əsasən, hazırda İran zindanlarında 150 minə yaxın məhbus saxlanılır. İranda məhbusların sayı Asiya ölkələri və bütövlükdə dünya ölkələri ilə müqayisədə yüksəkdir. İranda hər 100 min nəfərə 200 məhbus düşür. Asiyada bu rəqəm 140-dır. Dünya üzrə, orta hesabla, hər 100 min nəfərə 184 məhbus düşür.

İran tiryək istehsalçısı olan Əfqanıstanla Avropa arasında tranzit dəhlizdə yerləşib. İran hökuməti narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə təhlükəsizlik xidmətinin min əməkdaşını ölkənin şərq sərhədinə göndərib və 1000 kilomertdən çox bənd, kanal, sement divar inşa edib.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin məruzəsinə əsasən, Əfqanıstan və Pakistan arasında sərhəd regionu silah və narkotik maddələrin qanunsuz ticarəti, eləcə də qeyri-leqal miqrasiya üçün dünyada ən böyük azad ticarət zonalarından birinə çevrilib.

Xəbər lenti

Xəbər lenti