...

İlk dəfə olaraq orqanizmdə xərçəng hüceyrələrinin yayılması mexanizmi öyrənilib

Cəmiyyət Materials 17 Avqust 2011 14:10 (UTC +04:00)
Tarixdə ilk dəfə olaraq alimlər insan orqanizmində xərçəng hüceyrələrinin şişdən kənara çıxa və orqanizm üzrə yayıla bilməsini aşkar edərək bunun mexanizmini araşdıra biliblər.
İlk dəfə olaraq orqanizmdə xərçəng hüceyrələrinin yayılması mexanizmi öyrənilib

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Tarixdə ilk dəfə olaraq alimlər insan orqanizmində xərçəng hüceyrələrinin şişdən kənara çıxa və orqanizm üzrə yayıla bilməsini aşkar edərək bunun mexanizmini araşdıra biliblər. Bu prosesin tədqiqi gələcəkdə xərçəng şişlərinin yayılmasının qarşısını alan yeni nəsil dərmanları yaratmağa imkan verir. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i xəbər verir.

Məlumatlara əsasən, tədqiqat xərçəng hüceyrələrinə JAK proteininin yayılması prosesində kömək edərək hüceyrələrin hərəkət etməsi üçün lazımi şərait yaradır. "Cancer Cell" elmi jurnalında dərc edilən məqalədə deyilir ki, bu protein xərçəng hüceyrələrinin əzələ toxumaları kimi böyüyür və bütün bədən üzrə yayılmasına şərait yaradır. Xərçəng hüceyrələrinin yayılması yollarını öyrənən tibb işçiləri gələcəkdə xərçəng hüceyrələrinin yayılmasının qarşısını alacaq dərmanların yardılmasına ümid edirlər.

Alimlərin sözlərinə görə, xərçəng hüceyrələri bədən üzrə yayılmağa başlayanda, xəstəliklə mübarizə aparmaq çox çətin olur. Bu proses metastazm adlanır. Xərçəngə qarşı getdikcə daha çox aqressiv üsullardan istifadə olunur. Statistik məlumatlara əsasən, xərçəngdən ölüm hallarının 9/10-u məhz metastazdan sonra baş verir.

Alimlər bildirirlər ki, onlar indi yeni dərmalar üzərində işləyirlər və bir neçə il ərzində kliniki sınaqlar keçirmək niyyətindədirlər. Bu dərmanlar proteinin təsirinin qarşısını ala biləcək.

Xəbər lenti

Xəbər lenti