...

Azərbaycanda istirahət günü hava küləkli olacaq

Cəmiyyət Materials 20 Avqust 2011 11:49 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən şənbə günü Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında avqustun 21-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycanda istirahət günü hava küləkli olacaq

Azərbaycan, Bakı, 20 avqust /Trend/

Azərbaycanda istirahət günü hava küləkli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən şənbə günü Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında avqustun 21-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 29-34 dərəcə təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə olacaq.

Azərbaycanın rayonlarında avqustun 21-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Yaxın iki gün ərzində Abşeron yarımadasında mülayim şimal-qərb küləyinin arabir güclənməsi müşahidə olunacaq.

Xəbər lenti

Xəbər lenti