...

Azərbaycanda məktəbli geyimləri saxtalaşdırılır

Cəmiyyət Materials 26 Avqust 2011 17:17 (UTC +04:00)
"Bakı Tikiş Evi" Açıq Səhmdar Cəmiyyətinin tikdiyi məktəbli geyimləri saxtalaşdırılır.
Azərbaycanda məktəbli geyimləri saxtalaşdırılır

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İ.İsabalayeva/

"Bakı Tikiş Evi" Açıq Səhmdar Cəmiyyətinin tikdiyi məktəbli geyimləri saxtalaşdırılır. "Bakı Tikiş Evi" (BTE) ASC-nin İdarə Heyətinin sədr müavini Eldar Haqverdiyev cümə günü Trend-ə bildirib ki, saxtalaşdırılmış geyimlər Bakıya xarici ölkələrdən gətirilir.

Keyfiyyətsiz olduğuna görə həmin geyimləri insan orqanizmi üçün təhlükəli sayan sədr müavininin sözlərinə görə, saxta məktəbli formalarının satışının qarşısını almaq üçün İqtisadi İnkişaf Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət ediblər.

Haqverdiyev BTE-nin tikdiyi məktəbli geyimlərinin atributlarının olduğunu da açıqlayıb.

"Bizim geyimlərin düymələrində, astarlarında, emblemdə BTE-nin atributları var. Bununla yanaşı, biz geyim üçün parçaları Türkiyənin "Bossa" firmasından alırıq. Həmin firma da iplikləri İngiltərədən gətirir, parça Türkiyədə toxunur. Ona görə də bizim geyimlərin rəngini heç kim ala bilmir", - sədr müavini əlavə edib.

Xəbər lenti

Xəbər lenti