...

Bu gün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirilir

Cəmiyyət Materials 28 Avqust 2011 13:00 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirir. TQDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay və Xaçmazda keçirilir
Bu gün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirilir

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirir. TQDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay və Xaçmazda keçirilir.

Abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər. Rus bölməsinin abituriyentləri Ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı, Azərbaycan dili fənnindən də imtahan verəcəklər. Həmin abituriyentlərə Azərbaycan dilindən 5, rus dilindən isə 10 sual təqdim olunacaq.

Qəbul imtahanında iştirak etmək üçün 31251 abituriyent ərizə verib. Bakı şəhərində 12911, Sumqayıtda 1956, Naxçıvanda 1070, Gəncədə 4052, Lənkəranda 2102, Mingəçevirdə 1273, Şəkidə 1714, Şirvanda 1632, Ağcabədidə 850, Göyçayda 1824, Xaçmazda 1867 abituriyent imtahan verəcək.

Cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında 635 ixtisas üzrə 46 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır. Ayrılmış 9642 plan yerindən 8449-u Azərbaycan bölməsinə, 312 yer rus bölməsinə, 881 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir.

Xəbər lenti

Xəbər lenti