Azərbaycan, Bakı, 3 sentyabr / Trend /
İranın Elm, Tədqiqat və Texnologiyalar Nazirliyi qadın cinsindən olan tələbələr üçün qadın və kişi cindindən olan tələbələrin ayrı-ayrılıqda təhsil planına uyğun olaraq universitetlər təsis etmək fikrindədir. Bu barədə idarənin rəhbəri Kamran Daneşcu bildirib. Xəbəri İranın IRIB News rəsmi telekanalının saytı yayıb.
"Yeni ali məktəblərin yaradılması böğyük xərc tələb etmir", - Daneşcu deyib.
Daneşcu dəfələrlə Əhmədinejad hökumətinin qadın və kişi cindindən olan tələbələrin ayrı-ayrılıqda təhsil planına dəstəklə çıxış edib.
İran hökuməti və parlamenti ölkənin ali məktəblərində qadın və kişi cindindən olan tələbələrin ayrı-ayrılıqda təhsil almaları barədə məsələnin müzakirəsini davam etdirir.
Bir müddət əvvəl İran prezidenti Əhmədinejad bəyan edib ki, ali məktəblərdə qadın və kişi cindindən olan tələbələrin ayrı-ayrılıqda təhsil almaları barədə planın reallaşdırılması güclənən tənqidlər səbəbindən dayandırılmalıdır.