...

Bakı Təhsil İdarəsinin müdiri: Orta məktəblərdə şagirdlərə hələ də şişirdilmiş qiymətlər verilir

Cəmiyyət Materials 6 Sentyabr 2011 12:32 (UTC +04:00)
Orta məktəblərdə 4 və 5-ci siniflərdə müəllimlər şagirdləri qiymətləndirərkən hələ də qeyri-obyektivliyə yol verir və şişirdilmiş qiymətlər yazırlar.
Bakı Təhsil İdarəsinin müdiri: Orta məktəblərdə şagirdlərə hələ də şişirdilmiş qiymətlər verilir

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Orta məktəblərdə 4 və 5-ci siniflərdə müəllimlər şagirdləri qiymətləndirərkən hələ də qeyri-obyektivliyə yol verir və şişirdilmiş qiymətlər yazırlar. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakı təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı Bakı Şəhər Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva deyib.

Onun sözlərinə görə, bu, İdarə tərəfindən ötən tədris ilinin sonunda 4 və 5-ci sinif şagirdləri arasında keçirilən test yoxlamaları zamanı bir daha təsdiqlənib.

Rzaquliyeva bildirib ki, 4-cü sinif şagirləri arasında aparılan test yoxlamalarının nəticələrini 1-ci yarımilliklə müqayisə edəndə görmək olur ki, mənimsəmə 15,3, keyfiyyət isə 16 faizdən aşağı düşüb.

Onun sözlərinə görə, test yoxlamasında "5" alanların sayının 18,83, "4" alanların sayının isə 8,25 faiz azalması müəllimlərin şişirdilmiş qiymətlər yazdıqlarını bir daha təsdiqləyir.

İdarə rəhbəri deyib ki, müəllimlər arasında aparılan yoxlamalar zamanı 5-ci sinfə dərs deyən riyaziyyat müəllimlərinin 1,5 faizi şagird üçün nəzərdə tutulan çalışmaların 50 faizinə düzgün cavab verməyib.

"Bu isə bizi ciddi düşündürür. Belə monitorinqlərimizi növbəti illərdə də davam etdirəcəyik", - o deyib

Xəbər lenti

Xəbər lenti