Azərbaycan, Bakı, 6 sentyabr /Trend/
Tanınmış amerikalı rejissor Uilyam Oliver Stounun oğlu aktyor və sənədli filmlərin rejissoru Şan Stoun İranda film çəkəcək. Bu barədə Trend İranın "Mehr" xəbər agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, yaxın zamanlarda rejissor atası Uilyam Oliver Stounla birlikdə İrana səfər edəcək. Bu səfər 20 gün sonra filmin çəkilməsi məqsədilə hazırlıq işlərinin görülməsi və lazımi razılıqların alınması üçün baş tutacaq.
Filmin çəkilməsinə iranlı investorlar sərmayə yatıracaq.
Amerikalı rejissor İranda film çəkəcək
Tanınmış amerikalı rejissor Uilyam Oliver Stounun oğlu aktyor və sənədli filmlərin rejissoru Şan Stoun İranda film çəkəcək.
