...

Azərbaycan və Moldova birgə ekoloji layihələr həyata keçirmək niyyətindədirlər (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 8 Sentyabr 2011 15:21 (UTC +04:00)
Azərbaycan və Moldova ekologiya sahəsində müştərək layihələri müzakirə edəcəklər.
Azərbaycan və Moldova birgə ekoloji layihələr həyata keçirmək niyyətindədirlər (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Moldova ekologiya sahəsində müştərək layihələri müzakirə edəcəklər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Moldovanın ətraf mühit naziri George Şalaru deyib.

Onun sözlərinə görə, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla görüşdə ekoloji sahədə gələcək müştərək layihələr, o cümlədən həm Azərbaycanda, həm də Moldovada vaxtı keçmiş pestisidlər probleminin həll yolları müzakirə olunacaq.

"Biz pestisidlərin məhv edilməsi üzrə təcrübəni mübadilə etmək niyyətindəyik. Məsələn, 2007-ci ildən başlayaraq biz ölkədən haradasa iki min ton pestisid çıxarıb, onları 11 anbarda məhv etmişik", - nazir deyib.

Şalaru bildirib ki, əsas məsələ vaxtı keçmiş pestisidləri gələcəkdə necə idarə etmək və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrində gələcək birgə addımlar üçün istiqamətləri müəyyən etməkdir.

"Təəssüf ki, pestisidlər keçmiş SSRİ-də çox geniş istifadə olunurdu, çox zaman da düşünmədən", - Şalaru deyib.

Moldovanın ətraf mühit naziri 7-9 sentyabrda Qəbələdə keçirilən pestisid üzrər beynəlxalq forumda iştirak edir.

Tədbirdə 40 ölkədən 120-yə yaxın ekspert iştirak edir. Onlar bərk orqanik çirkləndiricilər, pestisid və təhlükəli kimyəvi tullantılarla mübarizə layihələrini müzakirə edirlər.

Şalaru qeyd edib ki, bu forum yararsız pestisidlərdən qurtulmağa kömək edəcək xarici donorları tapmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti