...

Azərbaycan Turizm İnstitutu müəllimlərinin attestasiyasına başlayıb

Cəmiyyət Materials 8 Sentyabr 2011 14:56 (UTC +04:00)
Azərbaycan Turizm İnstitutu (ATİ) müəllimlərinin attestasiyasına başlayıb. İnstitutun mətbuat xidmətindən cümə axşamı Trend-ə bildirilib ki, artıq ingilis və rus dili müəllimlərinin attestasiyası aparılıb.
Azərbaycan Turizm İnstitutu müəllimlərinin attestasiyasına başlayıb

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Turizm İnstitutu (ATİ) müəllimlərinin attestasiyasına başlayıb. İnstitutun mətbuat xidmətindən cümə axşamı Trend-ə bildirilib ki, artıq ingilis və rus dili müəllimlərinin attestasiyası aparılıb.

Bu məqsədlə ATİ-də Attestasiya Komissiyası yaradılıb. Bu komissiyaya Bakı Dövlət və Bakı Slavyan universitetlərinin peşəkar müəllimləri daxil edilib. Müsabiqə iştirakçılarının pedaqoji və müəllim peşəkarlığı komissiya üzvləri tərəfindən 30 ballıq şkala üzrə qiymətləndirilib. Müsabiqədə Turizmin linqvistik təminatı kafedrasının 18 müəllimindən 10-u yüksək nəticə göstərib.

İngilis dili fənninin müasir tələblər səviyyəsində tədrisini həyata keçirmək məqsədi ilə birinci kurs tələbələrinin "level" üzrə qruplaşmaları komissiya üzvləri tərəfindən müəyyənləşdirilib. İngilis dili müəllimlərinin peşə attestasiyası GRBS İELTS Mərkəzinin nümayəndələri ilə birlikdə test üsulu ilə iki mərhələdə həyata keçirilib. 14 nəfər müsabiqə iştirakçısının hazırlığı qənaətbəxş olub.

Attestasiya Komissiyasının yekun nəticələri sentyabrın 13-də ATİ-nin Elmi Şurasında müzakirə olunaraq təsdiqlənəcək. Yüksək nəticə göstərmiş müəllimlərin pedaqoji işlərə cəlb olunması təmin olunacaq.

Gələcəkdə digər ixtisas fənləri üzrə də müəllimlərin attestasiyası aparılacaq.

Xəbər lenti

Xəbər lenti