...

Bakı Dövlət Universiteti dünyanın 700 ən yaxşı universitetinin siyahısına daxil olub

Cəmiyyət Materials 12 Sentyabr 2011 16:34 (UTC +04:00)
Bakı Dövlət Universiteti (BDU) dünyanın 700 ən yaxşı universitetinin siyahısına daxil olub.
Bakı Dövlət Universiteti dünyanın 700 ən yaxşı universitetinin siyahısına daxil olub

Azərbaycan, Bakı, 12 /Trend, müxbir T.Hacıyev/

Bakı Dövlət Universiteti (BDU) dünyanın 700 ən yaxşı universitetinin siyahısına daxil olub. Trend-in BDU-nun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "QS World University Rankings-2011" reytinqinə əsasən, BDU dünyanın 700 ən yaxşı universitetinin siyahısında 643-cü yerdə qərarlaşıb.

Bu məqsədlə müxtəlif ölkələrin 2919 universiteti haqqında məlumat təhlil edilib və nəticədə 712 ali məktəb reytinqə daxil olub. Dünyanın ən yaxşı təhsil müəssisələrinin siyahısına bu il daha 80 yeni universitet əlavə edilib. Onlardan 18-i Mərkəzi Avropa və keçmiş Sovet İttifaqı məkanında yerləşən universitetlərdir.

Qiymətləndirmə zamanı beş əsas göstərici nəzərə alınıb: tələbə və professorların nisbəti, tələbə və professor-müəllim heyətinin beynəlmiləlləşdirilmə səviyyəsi, sitat gətirmə indeksi, işəgötürənlər arasında nüfuzu və akademik nüfuzu.

Bu yaxınlarda Parisdə keçirilən YUNESKO-nun son konfransında hazırda dünyada 20 000 ali məktəbin mövcud olduğu qeyd olunub. 700 universitet siyahısına düşmək dünyada 4% təşkil edən elitar universitetlərin siyahısına daxil olmaq deməkdir.

"QS World University Rankings" (təsisçisi Böyük Britaniyadan Quacquarelli Symonds-dur) və ARWU-500 (Academic Ranking of World Universities, Şanxay Universitetinin Ali Təhsil İnstitutu tərəfindən tərtib olunur) universitetlərin reytinqlərini müəyyənləşdirən dünyanın ən nüfuzlu beynəlxalq qurumlarıdır.

Xəbər lenti

Xəbər lenti