...

Azərbaycan nümayəndələri YUNESKO-nun açıq hökumətlərarası işçi qrupunun iclasında iştirak edir

Cəmiyyət Materials 12 Sentyabr 2011 17:16 (UTC +04:00)
YUNESKO qərargahında Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya nominasiyaların təqdim edilməsi prosesinin asanlaşdırılması məqsədilə açıq hökumətlərarası işçi qrupunun iclası keçirilir.
Azərbaycan nümayəndələri YUNESKO-nun açıq hökumətlərarası işçi qrupunun iclasında iştirak edir

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir T.Hacıyev/

Sentyabr 12-dən 14-dək Parisdə, YUNESKO qərargahında Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya nominasiyaların təqdim edilməsi prosesinin asanlaşdırılması məqsədilə açıq hökumətlərarası işçi qrupunun iclası keçirilir. Bu barədə bazar ertəsi Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Sözügedən tədbirdə Azərbaycan tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Nazim Səmədov və YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə eksperti Sənubər Bağırova iştirak edir.

İşçi qrupunun təsis edilməsi Hökumətlərarası Komitənin 2010-cu ilin noyabrında Nayrobidə keçirilən iclasında qərara alınıb. İşçi qrupunun təsis edilməsində əsas məqsəd Reprezentativ siyahıya nominasiyaların sayının artdığını, Katibliyin resurslarının məhdud olduğunu nəzərə alaraq, nominasiya prosesinin təkmilləşdirilməsi üçün mümkün yeni qayda və tədbirlərin müzakirə edilməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti