Belarus Azərbaycan vətəndaşlarına yüksəktexnologiyalı tibbi xidmətlər göstərməyə hazırdır - nazir (FOTO)

Belarus Azərbaycan vətəndaşlarına yüksəktexnologiyalı tibbi xidmətlər göstərməyə hazırdır - nazir (FOTO)

Belarusun səhiyyə naziri Vasili Jarkonun Trend-ə müsahibəsi

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir S.Ağayeva/

- Cənab nazir, səhiyyə sahəsində Azərbaycan və Belarus əməkdaşlığını necə qiymətləndirirsiniz?

- Azərbaycan və Belarus arasındakı əməkdaşlıq səmərəli şəkildə tibbin bütün sahələrində, elm və təcrübə sahələrində inkişaf edir.

Bizə xoşdur ki, Belarus səhiyyə sistemi Azərbaycanda qiymətləndirilir. 2009-2010-cu illərdə üç mindən çox Azərbaycan vətəndaşı belarus həkimlərin xidmətlərindən istifadə edib. İstiqamətlər çox müxtəlifdir: uşaq və böyük onkologiyası, kardiologiya, travmotologiya və ortopediya. Qeyd edim ki, Azərbaycan vətəndaşları üzərində bir sıra çətin əməliyyatlar aparılıb. Məsələn, bud oynağının endoproteziyası (yəni, təbii oynağın süni ilə əvəz olunması), diz oynağının artroskopiyası və s.

2011-ci ildə Belarus Respublikası Orqan və Toxuma Nəqli üzrə Elmi-Təcrübə Mərkəzində Azərbaycandan olan üç şəxsə böyrək nəqli həyata keçirilib. Qeyd edim ki, belə əməliyyatlar Azərbaycanda da aparılmağa başlanıb.

- Belarusda Azərbaycan vətəndaşlarına daha çox göstərilən tibbi xidmətlər hansılardır və yaxın vaxtlarda bu siyahının genişlənməsi gözlənilirmi?

- Fikrimcə, yaxın gələcəkdə uşaq onkologiyası və hematologiyası sahəsində nisbətən daha çox tələb olunan tibbi xidmətlər sümük iliyinin, periferik gövdə hüceyrələrinin, in vitro yetişdirilmiş mezinximal hüceyrələrin, göbəkbağı hüceyrələrinin transplantasiyası olacaq.

Bir sözlə, Respublika Kliniki İmmunoloji Elmi-Təcrübə Mərkəzinin Uşaq onkologiyası və hematologiyası laboratoriyası leykoz xəstəliyi olan uşaqların minimal rezidual xəstəliklərinin müəyyən edilməsi üzrə mütəxəssislərin təhsili sahəsində Avropa sertifikatına malikdir ki, bu da Azərbaycandan olan mütəxəssislərin iş yerlərində və ya səfər etməklə iş təcrübəsi keçmələrinə imkan verir. Artıq bu il Azərbaycandan olan bir qrup mütəxəssis iş yerində Elmi-Təcrübə Mərkəzinin Sümük iliyinin köçürülməsi şöbəsində təlim keçiblər. Sümük iliyinin köçürülməsi əməliyyatı 2008-2010-cu il ərzində aparılıb.

Azərbaycandan olan pasiyentlərə yüksəktexnologiyalı xidmətlərin göstərilməsində daha bir istiqamət ailənin donor üzvündən yaşlı xəstəyə sümük iliyinin köçürülməsi ola bilər ki, bu əməliyyat mərkəzdə uğurla həyata keçirilir. Avropa ölkələrində sümük iliyinin və gövdə hüceyrələrinin qohum (allogen) transplantasiyasının qiyməti 200 min avroya yaxın, Belarusda isə analoji əməliyyatın dəyəri 110-120 min ABŞ dollardır.

Bundan başqa, Belarusun Travmotologiya və Ortopediya Elmi-Təcrübə Mərkəzində oynaqların endoprotezləşdirilməsi, artdoskopiya, azinvazivli osteosintez, uşaq ortopediyası, diaqnostika və xəstəliklərin müalicəsi, onurğanın zədələnməsi də daxil olmaqla, müasir travmotologiya və ortopediyanın bütün istiqamətləri üzrə kliniki ordinaturada mütəxəssislərin təhsili üzrə pullu xidmətlər göstərilə bilər.

- Kadrların hazırlanması və onların ixtisasının artırılması, eləcə də mütəxəssislərin qarşılıqlı cəlb edilməsi sahəsində iki ölkənin əməkdaşlığı hansı səviyyədədir?

- Belarusda səhiyyə sahəsində kadrların hazırlanması ali və orta tibbi, əczaçılıq təhsilinin alınmasını, ali tibbi və əczaçılıq təhsili almış məzunların internaturada hazırlanmasını, ali elmi təsnifat (aspirantura və doktorantura) kadrlarının hazırlanmasını, kliniki ordinaturada həkim-mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.

Ölkədə həkim və əczaçı kadrların ixtisasının artırılması və yenidən hazırlanması üzrə 5 müəssisə, orta tibbi ixtisas (əczaçılıq) təhsilinin alınması üçün 14 müəssisə və orta tibbi ixtisas üzrə ixtisasartırma və kadrların yenidən hazırlanması üzrə 3 mərkəz fəaliyyət göstərir.

Xarici ölkələr üçün həkimlərin hazırlanması Belarusun bütün ali məktəblərindsə mövcud olan xarici tələbələr üçün fakültələrdə aparılır. Təhsil haqqı ixtisasdan asılı olaraq, illik 2500-4000 dollardır. Bütün xarici tələbələrə istəklərinə uyğun olarq yataqxanada yer verilir.

Bundan başqa, xarici tələbələr Belarusda yenidən hazırlıq və ixtisasartırma keçə bilərlər. Belarus Tibb Akademiyasında diplomdan sonrakı təhsil və Vitebsk Dövlət Tibb Universitetində 60-dan çox ixtisas üzrə yenidən hazırlıq və kadrların ixtisasının artırılması aparılır.

Bütün tibb universitetlərində və Belarus Tibb Akademiyasında terapiya, cərrahiyə və stomatologiya ixtisasları üzrə xarici vətəndaşların diplomdan sonra təhsil almaq imkanı var. Hazırlığın qiyməti ildə 1300-4000 dollardır.

2010/2011-ci tədris ilində ali tibb məktəblərində 20 Azərbaycan vətəndaşı təhsil alıb.

Təcrübə mübadiləsi planında da Belarus və Azərbaycan həkimlərinin əməkdaşlığı inkişaf edir. "Master-klas"lar və elmi-təcrübi seminarlar geniş yayılıb.

Birgə təcrübi fəaliyyətlə bağlı nümunələr də var. Belə ki, Belarusun "Kardiologiya" elmi təcrübə mərkəzinin mütəxəssisi bu ilin mayında Bakıda II beynəlxalq "Ürək günləri" konqresinin keçirildiyi dövrdə iki kardiocərrahi əməliyyat keçirib.

2011-ci ilin aprelində Belarusun Travmotologiya və Ortopediya Elmi-Təcrübə Mərkəzi ilə Azərbaycan Səhiyyə Nazirliyinin Travmotologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutu arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Ümid edirik ki, bu müqavilə onkoloji patologiya ilə bağlı problemlərin həllində Belarus-Azərbaycan birgə elmi layihələri üçün təməl olacaq.

Bu ilin oktyabrında onkoloqların Belarusda keçiriləcək qurultayında azərbaycanlı mütəxəssislərin iştirak edəcəyini gözləyirik.

- Sizin fikrinizcə, Azərbaycanla Belarus arasında səhiyyə sahəsində müqavilə-hüquq bazasının təkmilləşdirilməsinə ehtiyac varmı?

- 2008-ci ildə Belarusun və Azərbaycanın Səhiyyə nazirlikləri arasında səhiyyə və tibb elmləri sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Bu, səhiyyə sahəsində baza sənədidir. Bu sənəd əməkdaşlığın əsas istiqamətlərini əhatə edir ki, bu da bizə irəli getməyə imkan verir.

Lakin qarşılıqlı fəaliyyətimizin dərinləşməsi səbəbindən ayrı-ayrı hüquqi münasibətləri detallaşdırmaq vacibdir. Tərəfdaşlığımızın bir çox istiqamətlərində, belə ifadə etmək mümkünsə, çərçivə sazişlərindən "kənara çıxmışıq", həyat konkretləşdirmə tələb edir.

Hazırda Azərbaycan tərəfi ilə iki - Belarus Səhiyyə Nazirliyi ilə Azərbaycan Səhiyyə Nazirliyi arasında tibbi təyinatlı texniki və tibbi (laboratoriya) sınaq məhsullarının protokollarının qarşılıqlı tanınmasının təmin olunması haqqında Saziş və Belarusun Səhiyyə Nazirliyi ilə Azərbaycan Səhiyyə Nazirliyi arasında dərman vasitələrinin qeydiyyatı və keyfiyyətinə nəzarət sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanmasına hazırlıq gedir.

Fevralın 26-da xarici valyutaların manata qarşı məzənnələri
Fevralın 26-da xarici valyutaların manata qarşı məzənnələri
Bank Respublika 2019 – 2020-ci illərdə keçirdiyi layihələr üzrə “Ən fəal bank” mükafatını qazanıb
Bank Respublika 2019 – 2020-ci illərdə keçirdiyi layihələr üzrə “Ən fəal bank” mükafatını qazanıb
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Loading Bars
Xəbər lenti
Kanadada koronavirusa qarşı "AstraZeneca" peyvəndinin istifadəsinə icazə verilib
ABŞ Səudiyyə Ərəbistanının 76 vətəndaşına qarşı viza məhdudiyyətləri tətbiq edib
Britaniyada daha 8 523 koronavirusa yoluxma hadisəsi qeydə alınıb
Prezident İlham Əliyev: Ermənistana “İsgəndər” raketləri veriləndə mən demişdim ki, bu, düzgün addım deyil
Prezident İlham Əliyev: 10 noyabr tarixli Bəyanat mahiyyətcə elə de-fakto sülh sazişidir
Prezident İlham Əliyev: Zəngilan rayonunun üç kəndində “ağıllı kənd” layihəsi həyata keçiriləcək
Strasburqda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbirlər keçirilib (FOTO)
Ermənilər elə təəssürat yaratmağa çalışırdılar ki, guya Xocalı faciəsini azərbaycanlılar törədib - Alim
Bakıda iki minik avtomobili toqquşub
Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
Azərbaycan Avrasiyada miqyasına görə üçüncü qaz hasilatçısına çevriləcək - Hesabat
BMT TŞ vaksinasiya ilə bağlı qətnamə qəbul edib
Avropa Şurası Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin mandatını uzadıb
Ankaranın Atakule zirvəsi Xocalı soyqırımı şəhidlərinin xatirəsinə Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə işıqlandırılıb
Prezident İlham Əliyev: Türkiyə özü müəyyən edəcək ki, Ermənistanla sərhədlər nə zaman açıla bilər
Xocalı faciəsinin səbəblərini və günahkarlarını araşdırmaq lazımdır - Rusiyalı politoloq
Xocalı hadisələrinin şahidi öz xatirələrini bölüşüb
Xocalı Soyqırımını “Unutmadıq, unutdurmayacağıq!” (FOTO)
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanın enerji sektorunda 2 layihə reallaşdırır
Polkovnik Elxan İbrahimov öz vəzifəsindədir - Müdafiə Nazirliyi
Yalnız sıx əməkdaşlıq Cənubi Qafqaz regionunun demilitarizasiyasına xidmət edə bilər - Komitə sədri
MDU-nun tələbələri Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirib (FOTO)
Ailə kəndli təsərrüfatı üzvlərinə elektron vəsiqənin verilməsi qaydası müəyyənləşib
Azərbaycan könüllüləri dünyanı Xocalı soyqırımına səssiz qalmamağa çağırıb (FOTO)
Bu il sosial sahədə e-yeniliklərin tətbiqi daha da genişlənəcək
Dövlət başçısı hər bir sualı cavablandırdıqca, həm də müvafiq mesajlar ötürürdü - Arzu Nağıyev (VİDEO)
AXC-Müsavat cütlüyü hərbi qüvvələri öz məkrli məqsədləri üçün istifadə edirdi - Deputat
Azərbaycan Prezidenti: Bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar
Kişinyov şəhərində Xocalı soyqırımının qurbanları yad edilib
Prezident İlham Əliyev: Rusiya və Azərbaycan dost ölkələrdir
Alman alim Xocalı qətliamından yazıb
Prezident İlham Əliyev: Ermənistandakı böhran, orada siyasi mübarizənin nəticələri bizim planlarımıza təsir edə bilməz
Azərbaycan Prezidenti: Monitorinq Mərkəzi post-müharibə dövrü üçün çox önəmli bir alət olaraq fəaliyyət göstərəcək
Prezident İlham Əliyev: Xocalı soyqırımı törədiləndə dünya susmuşdu
NATO-nun mənzil-qərargahında Xocalı soyqırımını anım tədbiri keçirilib (FOTO)
Şuşada Xocalı qurbanları yad edilib (VİDEO)
Azərbaycandan Türkiyəyə qaz tədarükü 19 faiz artıb
Ədliyyə orqanlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
İordaniyada Xocalı soyqırımı ilə əlaqədar anım gecəsi keçirilib (FOTO)
“Xocalı - faciədən doğan intiqam” adlı tədbir keçirilib (FOTO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Rektor Şahin Bayramov Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı açıqlama verib
Xocalı soyqırımı - insanlığa qarşı amansız terror!
Ankarada Xocalı soyqırımına həsr olunan anım mərasimi keçirilib
Gənclər təşkilatları “Ana harayı” abidəsini ziyarət etdi (FOTO)
Xocalı soyqırımı dünya mediasında geniş işıqlandırılıb
Estoniyadan diri quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət tətbiq olundu
Ermənilər hamilə əmim qızını öldürdülər - Faciədə hər iki valideynini itirən Xocalı şahidi
ADU-nun Tərcümə fakültəsində “Xocalı soyqırımından Qarabağ zəfərinə” adlı tədbir keçirilib
"ADY Container" MMC Türkmənistandan Türkiyəyə kükürd daşıyır
Azərbaycanda çay plantasiyalarının güzəştli sığortası başlayıb
Bu mətbuat konfransı Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti əzəmətli qələbəsidir - Hikmət Hacıyev
Baş İdarə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib
Qazaxıstan və Azərbaycan “Satti” qurğusunun quyu qazması barədə razılıq əldə edib
Milli Məclisdə Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi təşkil olunub
Azərbaycan Prezidenti: Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur, amma hər şeyin öz vaxtı, öz yeri var
AzTU tələbələri işlə təmin etmək üçün taksi xidməti yaratdı
Tbilisidə Xocalıya həsr edilmiş anım mərasimi və fləşmob təşkil edilib (FOTO)
AMEA-da virtual laboratoriyalar yaradıla bilər
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
Türkiyə gəncləri ‘XOCALIYA ƏDALƏT’ tələb edir (FOTO)
AHİK Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı
Azercell ilə TikTok indi daha əlçatandır!
Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş videokonfrans keçirildi (FOTO)
Bütün ölkədə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub (FOTO)
Ermənistan prezidenti Paşinyana qarşı çıxdı: Baş qərargah rəisi vəzifəsində qalır
Azərbaycan Prezidenti: Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir
Azərbaycan könüllüləri Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat veriblər
Prezident İlham Əliyev: Azərbaycana xoş gəlmisiniz plakatı nəyə görə Ermənistanda hər hansı bir qıcıq doğurur
Azərbaycan iqlim dəyişmələri ilə mübarizə üçün plan hazırlayır
Prezident İlham Əliyev: 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır
Varşavada Xocalıya həsr olunmuş məlumatlandırma aksiyası təşkil edilib (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Xocalı həqiqətləri Avropanın nüfuzlu media orqanında
Azərbaycan Prezidenti: Müharibə bitəndən 20 gün sonra hərbi əsir ola bilməz, bunlar terrorçu və təxribatçılardır
Bizi Qarabağdakı əsas tapşırıqdan heç nə yayındırmamalıdır - Mariya Zaxarova
Dövlətimiz şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir - Deputat
Yeni və təcrübəsi az olan nəzarətçi-müəllimlər üçün seminar-məşğələləri yekunlaşıb
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan "www.khojalytoday.com" saytı təqdim edilib (FOTO/VİDEO)
Diaspor təşkilatı Avstriyanın Federal kanslerini Xocalı soyqırımını tanımağa çağırıb
ABŞ-ın Sanni Ayles Biç şəhərində 26 fevral tarixi Xocalının anım günü elan edilib (FOTO)
Baş Prokurorluğun nümayəndələri beynəlxalq tədbirə qatılıb
Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə etdi
Dinc sakinlərə qarşı aqressiya bunu törədənin zəifliyinin göstəricisidir - Rusiyalı ekspert
Danimarka rəsmilərinin diqqəti Xocalı soyqırımına cəlb edilib
“Muğanbank” ASC-nin reytinqləri üzrə proqnoz yenidən baxılaraq, “Neqativ”-dən “Stabil”-ə dəyişdirilmişdir
Portuqalıya kinoşirkəti “STORY of KHOJALI” adlı film ekranlaşdırıb (VİDEO)
Azərbaycanda 180 nəfər COVID-19-dan sağalıb, 219 nəfər yoluxub, 4 nəfər vəfat edib
Qəbələdə ağac kəsən şəxs cəzalandırılıb
Srebrenitsa anaları Ağdamda olublar (FOTO)
Əfv komissiyası hansı müraciətlərə baxıb?
Xocalı faciəsinin 29-cu ildönümü Bolqarıstanda anılıb (FOTO)
Şirvanda qadını öldürməkdə şübhəli bilinən şəxslər tutuldu
Azərbaycan və Pakistan diaspor gənclərinin əməkdaşlıq perspektivləri müzakirə edilib
Naqif Həmzəyev “A Haber” televiziya kanalında Xocalı soyqırımından danışıb (FOTO/VİDEO)
Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib (FOTO)
“Azərsun Holdinq” Xocalı faciəsini yad edib (FOTO)
ADU-nun Çinşünas tələbələri Xocalı faciəsini yad edib (FOTO)
Prezident İlham Əliyev 4 saatdan çox davam edən konfransda 50-yə yaxın sualı cavablanıdırb
Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə 304 erməni axtarışa verilib - Baş prokuror
Bütün xəbərlər