...

Bakıda fəlsəfə doktorları və doktorantlar üçün 6-cı seminar keçiriləcək

Cəmiyyət Materials 15 Sentyabr 2011 14:26 (UTC +04:00)
Bakıda fəlsəfə doktorları və doktorantlar üçün 6-cı seminar keçiriləcək. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Diplomatik Akademiyasının (ADA) mətbuat xidmətindən məlumat verilib.
Bakıda fəlsəfə doktorları və doktorantlar üçün 6-cı seminar keçiriləcək

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir T.Hacıyev/

Bakıda fəlsəfə doktorları və doktorantlar üçün 6-cı seminar keçiriləcək. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Diplomatik Akademiyasının (ADA) mətbuat xidmətindən məlumat verilib.

ADA xaricdə təhsil alan fəlsəfə doktorları və doktorantlar üçün 6-cı toplantasını dekabr ayının 25-27-də keçirəcək.

ADA-nın "Fəlsəfə Doktorlarının İnkişafına Dəstək Proqramı" çərçivəsində bundan əvvəlki seminarlar Vaşinqton, Bakı və Paris şəhərlərində keçirilib.

Bakıda baş tutacaq növbəti elmi seminarda əsas diqqət sosial elmlər üzrə araşdırma aparan, daha konkret olaraq isə beynəlxalq münasibətlər və beynəlxalq hüquq, iqtisadiyyat, ətraf mühit, dini araşdırmalar sahəsində ixtisaslaşan gənc alimlərə yönələcək.

Üçgünlük tədbir çərçivəsində iştirakçılar öz elmi araşdırmalarını təqdim etmək, həmkarları ilə fikir mübadiləsi aparmaq, təhsil aldıqları elm ocaqları barədə təqdimatlar keçirmək imkanı qazanacaqlar.

Azərbaycan Diplomatik Akademiyası yarandığı gündən azərbaycanlı fəlsəfə doktorları və doktorluq elmi dərəcəsinə namizədlərə dəstək verir. "Fəlsəfə Doktorlarının İnkişafına Dəstək Proqramı"nın əsas məqsədi xaricdə fəlsəfə doktoru elmi dərəcəsi almış və doktorantura təhsili almaqda olan azərbaycanlı mütəxəssisləri vətənə cəlb etmək və eyni zamanda, bu mütəxəssislərin peşəkar inkişafına və karyera irəliləyişlərinə yardım etməkdir.

Ümumilkdə, bu günə kimi yüzdən artıq xaricdə təhsil alan Azərbaycanlı fəlsəfə doktoru və fəlsəfə dokturluğuna namizəd ADA-nın "Fəlsəfə Doktorlarının İnkişafına Dəstək Proqramı"ndan faydalanıb.

Daha ətraflı məlumatı bu linkdən almaq mümkündür: http://ada.edu.az/facultyresearch/phdsupport/

Xəbər lenti

Xəbər lenti