...

Astronomlar iki ulduz ətrafında fırlanan planet aşkar ediblər

Cəmiyyət Materials 17 Sentyabr 2011 13:07 (UTC +04:00)
NASA alimləri ilk dəfə olaraq iki ulduz ətrafında fırlanan planet aşkar ediblər. Tapıntı "Kepler-16b" adlanıdırlıb və Saturna oxşayan qaz nəhəngidır. Trend-in məlumatına görə, bu barədə UKRİNFORM "Science" nəşrinə istinadən xəbər verir.
Astronomlar iki ulduz ətrafında fırlanan planet aşkar ediblər

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

NASA alimləri ilk dəfə olaraq iki ulduz ətrafında fırlanan planet aşkar ediblər. Tapıntı "Kepler-16b" adlanıdırlıb və Saturna oxşayan qaz nəhəngidır. Trend-in məlumatına görə, bu barədə UKRİNFORM "Science" nəşrinə istinadən xəbər verir.

Astronomlar əvvəllər də iki ulduz ətrafında fırlanan planetin olduğunu zənn edirdilər, indi isə bunu təcrübədə sübut etmək mümkün olub. "Bu, doğrudan da "Kepler"in heyranedici kəşfidir. Həqiqətən də haradasa eyni zamanda iki ulduz ətrafında fırlanan planetin olması çox maraqlıdır", - BBC-nin məlumatına görə, Karneqi Elm İnstitutunun əməkdaşı Alan Boss bildirib.

Planetin ətrafında fırlandığı göy cisimləri Günəşdən kiçikdir. Onların kütləsi təxminən Günəşin çəkisinin müvafiq olaraq 69 və 20 faizini təşkil edirlər ki, bu da onun nisbətən soyuq olmasının əsas səbəbidir: planetin üst səthinin temperaturu -70-100 dərəcə Selsi civarındadır. Planet iki günəş ətrafında 229 günə tam dövr edir. Onun orbiti mərkəzdən təxminən 104 milyon kilometr uzaqlıqdadır ki, bu da Veneranın orbitinə uyğun gəlir. Alimlər iddia edirlər ki "Kepler-16b" planetində gün başa çatarkən iki qürub müşahidə etmək olar.

"Kepler" 2009-cu ildə xüsusi olaraq Süd yolu qalaktikasının bir hissəsindəki Günəş sisteminə yaxın yerəoxşar planetlərin aşkar edilməsi üçün orbitə buraxılıb. "Kepler" işığı müntəzəm dövriliklə gələn ulduzları izləyir. Bu isə göy cismi ilə ulduz arasında planetin olması deməkdir.

Xəbər lenti

Xəbər lenti