...

Budapeştdə Azərbaycanın Milli Musiqi Günü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 19 Sentyabr 2011 13:03 (UTC +04:00)
Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü - Milli Musiqi Günü Budapeştdə qeyd olunub.
Budapeştdə Azərbaycanın Milli Musiqi Günü qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü - Milli Musiqi Günü Budapeştdə qeyd olunub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi səfirlikdən bildirilib.

"Dunay" simfonik orkestrinin və azərbaycanlı musiqiçilərin birgə iştirakı ilə keçirilən bayram konsertində Azərbaycan və macar bəstəkarlarının yaradıcılığından nümunələr səsləndirilib.

Azərbaycanın xalq artisti Ramiz Quliyevin ifasında Üzeyir Hacıbəylinin əsərlərindən seçmələr və orkestrin müşayiəti ilə macar xalq rəqsi "Çardaş" səsləndirilib.

Həmçinin konsertdə Əyyub Quliyevin dirijorluğu ilə "Dunay" simfonik orkestri Azərbaycan bəstəkarlarının milli özünəməxsusluğu ilə seçilən əsərlərini ifa edib.

Konsertdən əvvəl tamaşaçılar qarşısında çıxış edən səfir Vilayət Quliyev Azərbaycanın mədəni və mənəvi həyatında Üzeyir Hacıbəyli fenomenindən, onun zəngin yaradıcılıq irsindən, bu gün də yaşayan ənənələrindən bəhs edib, ölkəmizdə qeyd olunan Milli Musiqi Günü haqqında məlumat verib.

Konsertdə diplomatik korpusun nümayəndələri, macar elm və musiqi ictimaiyyətinin təmsilçiləri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti