...

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Azərbaycan vətəndaşlarını aktivlik nümayiş etdirməyə çağırıb

Cəmiyyət Materials 19 Sentyabr 2011 14:00 (UTC +04:00)
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev vətəndaşları korrupsiya ilə mübarizədə aktivlik nümayiş etdirməyə çağırıb.
Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Azərbaycan vətəndaşlarını aktivlik nümayiş etdirməyə çağırıb

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev vətəndaşları korrupsiya ilə mübarizədə aktivlik nümayiş etdirməyə çağırıb.

"Vətəndaşlara müraciət etmək istərdim ki, onlar korrupsiya ilə mübarizədə aktivlik nümayiş etdirsinlər", - Trend-in məlumatına görə, İdarə rəisi bazar ertəsi "Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəstək" tvinninq layihəsinin başa çatması münasibətilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, ölkədə korrupsiya ilə mübarizə kompaniya deyil, davamlı və sistemli xarakter daşıyır.

Əliyev deyib ki, Azərbaycan 2003-cü ildən korrupsiya ilə mübarizə ilə bağlı üç mühüm beynəlxalq konvensiyaya qoşulub.

"Elə ölkələr var ki, BMT-nin korrupsiya ilə bağlı konvensiyasını ratifikasiya etməyib. Azərbaycan isə bu konvensiyaya qoşularaq, üzərinə götürdüyü öhdəlikləri icra edir", - o bildirib.

İdarə rəisinin sözlərinə görə, korrupsiya ilə mübarizə bir ölkənin sərhədləri ilə məhdudlaşmır. "Bu, transmilli cinayətdir. Korrupsiya insan alveri, çirkli pulların yuyulması ilə əlaqəlidir. Biz, həmçinin bu problemlə mübarizə aparan beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edirik", - Əliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti